Rusiyanın Çin nəfəsliyi bağlanır, Moskva islam ölkələri ilə gizli danışıqlara gedir - TƏFƏRRÜATLAR

Rusiyanın Çin nəfəsliyi bağlanır, Moskva islam ölkələri ilə gizli danışıqlara gedir - TƏFƏRRÜATLARÇin iki daşın arasında qalıb. Bu vəziyyətin əsas səbəbi sadədir. Çin Avropasız, Avropa da Çinsiz yaşaya bilməz. Bu gün əsasən rus siyasi şərhçiləri, ideoloqları belə hesab edir ki, Avropa Birliyi və ABŞ Çində istehsal olunan ucuz məhsullar üçün əsl məişət tullantıları qablarını xatırladır.
Bununla tam razılaşmasaq da, sözlərdə həqiqət payı da var. Ucuz və aşağı keyfiyyətli Çin məhsulları bu gün bütün dünya, eləcə də avropalı istehlakçı üçün çox lazımdır. Çünki Pekinin dünyaya ixrac etdiyi məhsulların qiymətində Avropa istehsalçıları acizdir və bunun əvəzində istehlakçıya heç nə təqdim edə bilmir.
Ruslar da sanksiyalardan boğulmamaq üçün belə məhsulları öz bazarlarında görmək üçün dəqidən-qabıqdan çıxır. Görünür, Kreml üçün bu, elə də asan olmayacaq. Çünki belə vəziyyətdə Çin üzərindən strateji oyunlar bir ssenari ilə davam edir. "Bir iqtisadi model kimi Çini özbaşına buraxmaq olmaz" tezisi ilə Qərb və ABŞ birgə hərəkətə keçib. Ölkənin bütün resurslarının Rusiyaya yönəlməməsi, neft və qaz, eləcə də digər faydalı qazıntıları Çinə özləri satmaq üçün son 50 ildə görünməyən siyasi aktivlik göstərilir. Ruslar demiş, "Qlobal zibil fabriki" rolunu oynayan Çinə geosiyasi və iqtisadi maraqlar səfərbər olunub.
Qlobal iqtisadi böhran da bu səbəbdən, düşünülmüş şəkildə yaradılıb. Məqsəd isə budur ki, Çin resursları Rusiyanın nəzarətsiz Sibir meşələrinə burnunu soxmasın, Orta Asiyaya ayırdığı milyardlarla dollar invesitisyalar uğursuzluğa düçar olsun, Resursudma prosesi, daha dəqiq ifadə etsək, Çin modelinin populyarlığı yalnız Avropa və Qərb üçün bir qərinə müddətində dalana dirənsin.
Rusiya isə sanksiyalar içində Çin nəfəsliyindən məhrum olmaqla öz çöküşünə doğru irəliləsin. Ancaq ruslar arxayındır. Ən azından təbii ehtiyatlarına güvənir. Düşünür ki, bu ehtiyatlar tükənməz.
Çaşqınlıq içində olan Çin seçimini edə bilmir. Qərb və Rusiya arasında "haça-paça" qalıb. Rəsmi Pekin Birləşmiş Ştatlarla qarşı-qarşıya getmək fikrində deyil. Sülh onlara davamlı inkişaf və daha böyük bazarlar üçün lazımdır. Kreml isə Peskovun dili ilə deyir ki, Çin anti-Rusiya qüvvələrinə dəstək verə bilməz. Rusiya rəhbərliyi, deyəsən, ABŞ-ın növbəti gedişlərini anlamağa başlayıb.
Ona görə də mütəmadi şəkildə müxtəlif səviyyələrdə Pekinə gizli və açıq arayışlar göndərir. Çinlə Qərb arasında ortaq dəyərlərin olmadığı barədə arqumentləri ideoloji prosesin tərkib hissəsinə çevirib. Bununla yanaşı, Rusiya Çinin qulağına pıçıldayır ki, gec-tez Qərb Pekinin total video nəzarətini, sosial ədalətsizliyini, etirazlara görə böyük miqdarda cərimələri və digər problemləri "gözündən gətirəcək".
Çin xarici işlər naziri isə Almaniyaya səfər edir, ABŞ dövlət katibi Blinken də Pekinə səfəri ilə aktivliyi davam etdirir.
Blinkenlə birlikdə ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink və ABŞ-ın Çindəki səfiri Nikolas Börns də öz xətləri ilə Çini Rusiyadan qoparmağa çalışır.
Qərb Pekinə basa salmağa çalışır ki, Tayvan məsələsində güzəştə gedə bilər bir şərtlə ki, Rusiya-Ukrayna müharibəsində Moskvaya heç bir dəstək verilməməlidir. Yeddi saat davam edən danışıqlarda daha nələr müzakirə edilib, bəlli deyil. Amma üfüqdə görünən odur ki, ABŞ və Aİ Çinin iştirakı ilə Rusiyasız yeni dünya qurmaq istəyir.
Rəsmi Kremlin düşüncəsinə görə, Qərblə Rusiya arasındakı qarşıdurma davam etdikcə, Çin Avropa qarşısında yumşalacaq. Çünki bu qarşıdurmada resurslar, istehsal məhsulları getdikcə bahalaşacaq. Bu amil isə Çini daha da iştahlandıracaq. Odur ki, Rusiya İranla dərin ilişkilərə getməyi hədəf qoyub. Moskva üçün Hindistan tam itirilməsə də, Çin kimi sivişib daha güclü tərəfə boylanır. Ona görə də Putin Qərbin nifrət etdiyi islam dünyası ilə resurslarını paylaşmaq istəyir. Bunun üçün paralel olaraq islam ölkələri ilə fəal gizli danışıqlara start verib. Putinin ölmüş dili Jirinovski demişkən, islam dünyasının qələbəsi qaçılmazdır və ona görə də Rusiya bu cinahda olmalıdır.
KONKRET.az-ın ANALİTİK QRUPU

Siyasi       Tarix: 23 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycanda son xeberler ensonxeberler gunun xeberleri krimnal xeber