Rusiyanın ən gözəl qızı o oldu - 85 min nəfər arasından seçilib - FOTOLAR

Rusiyanın ən gözəl qızı o oldu - 85 min nəfər arasından seçilib - FOTOLARRusiyanın ən gözəl qızı seçilib. 
Oktyabrın 8-də Moskvada "Miss Russia 2023" müsabiqəsinin finalı baş tutub.
azxeber.com Rusiya mediasına istinadən xəbər verir ki, "Barvixa Luxury Village" konsert zalında baş tutan gecədə Sankt-Peterburqlu Marqarita Qolubeva Rusiyanın ən gözəl qızı seçilib.
O, müsabiqədə iştirak etmək üçün müraciət edən 85 min rəqibini üstələməyi bacarıb və ölkənin ilk gözəli olub.
Rusiyanın müxtəlif bölgələrindən yarışmaya qatılan 50 finalçı arasından seçilən milli gözəllik müsabiqəsinin qalibini müğənni Dmitri Malikov, müğənni Tatyana Kotova ("Miss Rusiya 2006"), teleaparıcı Oksana Fedorova ("Miss Rusiya 2001", "Miss Kainat 2002"), dizayner İqor Çapurin və bəstəkar Vladimir Matetskinin yer aldığı münsiflər heyəti müəyyənləşib.
Gecədə Tac və bir milyon rubl mükafatı 22 yaşlı Sankt-Peterburq sakini Marqarita Qolubevaya, birinci vitse-miss titulu Togliattidən Yelizaveta Dudinaya, ikinci vitse-miss titulu isə yakutiyalı Lyubov Xoxolovaya verilib. Qolubeva ifası və həyat haqqında söylədiyi nitqi ilə münsiflər heyətini heyran etməyi bacarıb və ən böyük arzusunun nə vaxtsa müxtəlif təbəqələrdən olan uşaqların təhsil ala biləcəyi vokal məktəbi açmaq olduğunu bildirib.
"Miss Rusiya" Qolubeyeva kimdir?
Marqarita çoxuşaqlı ailədə doğulub. Jurnalistlərlə söhbət zamanı o, dörd uşağın ən böyüyü olduğunu, anasının həkim, atasının isə mühəndis olduğunu açıqlayıb.
2021-ci ildə Marqarita "Səs" şousunun onuncu yubiley mövsümündə iştirak edib, lakin birinci mərhələdə məğlub olub. Məhz bundan sonra o, Moskva Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub və Larisa Dolinadan dərs alıb. O, eyni vaxtda iki universitetdə - Rusiya Gömrük Akademiyasında və Moskva Dövlət Mədəniyyət İnstitutunun Musiqi Sənəti fakültəsində təhsil alıb.
Qaydalara əsasən, müsabiqədə yaşı 18-dən aşağı və 23-dən yuxarı olmayan, boyu 173 santimetrdən aşağı olmayan və döymələri olmayan iştirakçılar iştirak etməlidir. "Miss Rusiya" subay, boşanmamış və uşaqsız olmalıdır. Qalibin bir il ərzində ictimai və xeyriyyə tədbirlərində iştirak etməli olduğundan, yarışmaya qatılan iddiaçıların çoxunun öyünəcək uğurları var idi. Onların bəziləri idmanda, bəziləri yaradıcılıqda, bəziləri isə hətta elmdə böyük uğurlar qazanıblar.
Bütün bunlara baxmayaraq tədbir qalmaqalsız ötüşməyib.
Səsvermə zamanı tamaşaçılar və azarkeşlər müsabiqənin saytına daxil olaraq iştirakçılara səs verə biliblər. Lakin buna baxmayaraq onlayn səsvermə ilə bağlı qalmaqal yaşanıb. Qalmaqala səbəb isə yüklənmənin çoxluğundan səhifənin xəta verməsi və fanatların səs verə bilməməsi olub.
Qeyd edək ki, qalibə hədiyyə olunan tac, II Nikolayın həyat yoldaşının diademinin oxşarıdır. Qalibin hazırkı tacı 2018-ci ildə imperator II Nikolayın həyat yoldaşı İmperator Aleksandra Fedorovnanın diademi əsasında yaradılıb. Onun forması kilsə günbəzlərinin konturlarını əks etdirir. Dəbdəbəli aksessuar ağ qızıldan hazırlanıb, "qübbələrin" üzəri 203 ədəd inci ilə bəzədilib. Qiymətli daşların naxışları Rusiya bayrağının rənglərinə uyğunlaşdırılıb, tacın təxmini dəyərinin bir milyon dollardır (təxminən 100 milyon rubl) olduğu bildirilir.
Aysel
Rusiyanın ən gözəl qızı o oldu - 85 min nəfər arasından seçilib - FOTOLARRusiyanın ən gözəl qızı o oldu - 85 min nəfər arasından seçilib - FOTOLARRusiyanın ən gözəl qızı o oldu - 85 min nəfər arasından seçilib - FOTOLARRusiyanın ən gözəl qızı o oldu - 85 min nəfər arasından seçilib - FOTOLAR

Şou Biznes       Tarix: 12 oktyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər.az xabar az xeber saytlari hava haqqinda