Rusiyanın Ermənistandakı səfirindən İLGİNC AÇIQLAMA: "Bakı-İrəvan münasibətlərinin normallaşması..."
"Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi Moskva ilə imzalanmış üçtərəfli razılaşmalar üzərində qurulub".
KONKRET.azxəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Sputnik Armenia platformasının "Abovyan Time" proqramında çıxışı zamanı bildirib.
Səfirin sözlərinə görə, Rusiya regionda mövcud olan bütün həssas və ağrılı məsələlərin həllinin tərəfdarıdır və bu prosesin uzunmüddətli perspektivdə həyata keçirilməsini vacib hesab edir.
"Rusiyanın mövqeyi dəyişməyib. Biz indi də açıq şəkildə bəyan edirik ki, tərəflərə tələb olunan formatda və lazımi həcmdə yardım göstərməyə hazırıq. Cənubi Qafqazda baş verən proseslər bizim üçün böyük əhəmiyyət daşıyır", – deyə Kopırkin vurğulayıb.
Diplomat qeyd edib ki, Rusiya regionda sabitliyin və davamlı sülhün təmin olunmasını strateji prioritet hesab edir və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına töhfə verməkdə maraqlıdır.
Natiq Səlim,
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib