Rusiyanın İrəvandakı səfirindən ŞOK AÇIQLAMA - "Qərb Ermənistanın əli ilə..."
"Qərb Ermənistanın əli ilə Cənubi Qafqazda Rusiyaya qarşı "ikinci cəbhə" açmağa çalışır"
Qərb ölkələri Cənubi Qafqaz regionunda Rusiyaya qarşı yeni gərginlik ocağı yaratmaq niyyətindədir və bu məqsədlə Ermənistanı alətə çevirməyə çalışır. Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopyrkin açıqlama verib.
KONKRET.az xəbər verir ki, diplomat Qərbin regionda fəallaşmasını tənqid edərək bildirib: "Təəssüf ki, artıq uzun müddətdir müşahidə edirik ki, regionda fəallıq göstərən Qərb dövlətlərinin gözəgörünən xoş niyyətli bəyanatlarının arxasında əslində yaxşı olmayan məqsədlər dayanır…"
Kopyrkinin sözlərinə görə, Qərbin bu siyasəti Cənubi Qafqazda sabitliyi pozmaq, Rusiyanın təsir imkanlarını zəiflətmək və regionda geosiyasi mübarizəni dərinləşdirmək məqsədi güdür. O əlavə edib ki, Moskva bu cür yanaşmaları təhlükəli sayır və bütün məsuliyyətin həmin planları hazırlayan dairələrin üzərində olduğunu hesab edir.
Rusiyalı diplomat vurğulayıb ki, bu kimi cəhdlər regionda gərginliyi artırır və Ermənistanın özü üçün də ciddi nəticələr doğura bilər.
Natiq Səlim, KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir