Rusiyanın qazı kəsəcəyi xəbərinə Ermənistanın CAVABI
Rusiyadan qaz tədarükü ilə bağlı heç bir problem yoxdur.
KONKRET.az xəbər verir ki, bu açıqlamanı Rusiyanın Ermənistana təbii qaz tədarükünə dair sazişin dayandırılması və ya ləğv olunmasının mümkünlüyü barədə məktub göndərməsindən sonra Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan verib.
"Biz bu məlumatı həmkarlarımızdan almışıq və lazım gəldikdə onlarla işləyirik. Adi iş rejimindəyik. Bundan artıq heç nə yoxdur", – deyə nazir vurğulayıb.
Xudatyan söyləyib ki, Rusiyadan qaz tədarükü adi qaydada davam edir və problemli məsələlər yoxdur:
"Rusiyadakı həmkarlarımız və "Qazprom"dakı tərəfdaşlarımızla daimi əlaqədəyik, normal işləyirik".
Qeyd edək ki, məktubda İrəvanın Avropa Birliyinə üzvlük prosesini davam etdirəcəyi təqdirdə qaz tədarükünün dayandırılacağı bildirilib.//Axar.az

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK