"Rusiyanın ucbatından BMT Laçın dəhlizi ilə bağlı bəyanatı QƏBUL ETMƏDİ" - Erməni nəşri
Ermənistan hesab edir ki, Moskvanın ucbatından BMT Təhlükəsizlik Şurasının Laçın yolu ilə bağlı bəyanatını qəbul edə bilməyib.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Erməni nəşri "Faktor" diplomatik mənbələrinə istinadən xəbər verir ki, Rusiyanın mövqeyi ucbatından BMT Təhlükəsizlik Şurası sədrinin Laçın dəhlizi ilə bağlı növbədənkənar iclasın yekunlarına dair bəyanatının qəbulu baş tutmayıb.
"Bir neçə gündür ki, BMT Təhlükəsizlik Şurası sədrinin Fransanın təklif etdiyi Laçın yolunda vəziyyətlə bağlı bəyanatının mətni müzakirə olunub.
Əvvəlcə Albaniya və BƏƏ bəzi ifadələrlə razılaşmasa da, Təhlükəsizlik Şurasının üzvləri tərəfindən razılaşdırılmış bəyanatın mətni əldə edilib.
Son anda Rusiya BMT Təhlükəsizlik Şurasının digər üzvləri tərəfindən qəbul edilməyəcəyini yaxşı bildiyi üçün mətnə bir sıra yeni dəyişikliklər təklif etdi. Beləliklə, Rusiyanın ucbatından BMT bəyanatı qəbul edə bilməyib", – deyə nəşr yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO