Ruslardan ermənilərə: "Bundan sonra Qarabağda bizə yalvarmayın"

Ruslardan ermənilərə: "İrəvanı barmaqlarına dolayırlar. Ermənistan Rusiyaya xəyanətin əvəzini çox ağır ödəyəcək".
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın medvejiyugol.ru saytında dərc olunan məqalədə deyilir:
"Köhnə dost iki yeni dostdan yaxşıdır. Təəssüf ki, Rusiyanın bəzi tərəfdaşları son zamanlar bu müdrikliyə nadir hallarda əməl edirlər. Bu, əsasən, yalnız Rusiyanın köməyinə ehtiyac duyduqda baş verir. Digər hallarda Qərbə baxmağa üstünlük verirlər. Bu dəfə Ermənistan Beynəlxalq Cinayətlər Məhkəməsinə (BCM) üzv olmaq qərarı ilə bunu göstərdi. İrəvanın bu qərarını fayda baxımından izah etmək çox çətindir, amma bunun hələ də böyük problemlərə çevriləcəyini anlamaq üçün əlavə şərhə ehtiyac yoxdur.
İlk baxışdan Ermənistan rəhbərliyinin bu beynəlxalq quruma daxil olması ideyası qeyri-adi bir şey kimi görünmür. Bununla belə, bir detal var: BCM Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı qərar qəbul edib və həmin sənəd Roma Statutunu imzalayan bütün ölkələrin ərazisində etibarlıdır.
İrəvanın bundan xəbəri var, amma belə bir addım atmağa hazırdır, ona görə də Ermənistan parlamentinə BCM-in Roma Statutunun ratifikasiyası üçün qanun layihəsi göndərilib. Rusiya Xarici İşlər Nazirliyi hələ yazda Moskvanın məsələ ilə bağlı mövqeyi barədə İrəvanı məlumatlandırmışdı. Kreml Avrasiya İqtisadi Birliyindəki tərəfdaşının və KTMT-dəki hərbi müttəfiqinin belə bir addımını tamamilə qəbuledilməz hesab edir. Buna baxmayaraq, Ermənistan hakimiyyəti israrlıdır".
Politoloq Aleksandr Asafov hesab edir ki, İrəvan bu yolla ABŞ-ın dəstəyini əldə etmək istəyir:
"Ermənistan başa düşür ki, Amerikanın köməyi buna mane olmayacaq. İqtisadiyyatdan tutmuş Azərbaycanla qarşıdurmaya qədər bütün sahələrdə çətin vəziyyətə düşüblər. Ona görə də Ermənistan belə bir siyasi jest edir və amerikalılara üz tutur. Amma bu jestin ABŞ-da qəbul ediləcəyi inandırıcı deyil".
Sayt qeyd edir ki, Asafovla razılaşmamaq çətindir:
"Vaşinqtonun böyük imkanlarına baxmayaraq, bu gün Ermənistana kömək etmək iqtidarında deyil. ABŞ Ukrayna böhranına ilişib, ardınca Tayvan var, ada ətrafında vəziyyət getdikcə qızışır. Bu baxımdan İrəvan amerikalıların köməyinə ümid bəsləyir, amma onlar bunu çox ağılı şəkildə geri çeviriblər. Yeri gəlmişkən, bütün bunlardan sonra Ermənistanın Qarabağda Moskvaya yalvarmağa heç bir əsası olmayacaq. Xarici dəstək olmasa, sonuncunun Azərbaycanla qarşıdurmada praktiki olaraq heç bir şansı yoxdur. Bütün bunlar bu və ya digər şəkildə İrəvan üçün problem olacaq, xəyanətinin əvəzini ödəyəcək. Həm də ağır formada"./Teleqraf.com

Siyasi       Tarix: 05 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən canlı butun xeberler ən son xeberler xəbər az