Rusların raketi havaya qalxmadı, buraxılış son anda ləğv edildi - SƏBƏB
Rusiyanın "Anqara-A5" raketinin Amur vilayətindəki "Vostoçnı" kosmodromundan ilk buraxılışı ləğv edilib.
Raket Moskva vaxtı ilə aprelin 9-da saat 12:00-da 1A meydançasından buraxılmalı idi.
KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buraxılış planlaşdırılan vaxtdan təxminən iki dəqiqə əvvəl ləğv edilib.
Roskosmosun baş direktoru Yuri Borisov bildirib ki, "Anqara"nın buraxılışı mərkəzi blokun oksidləşdirici çəni üçün təzyiq sisteminin nasazlığı səbəbindən avtomatik olaraq ləğv edilib. Korporasiya əlavə edib ki, ikinci raket buraxılışı cəhdi aprelin 10-na planlaşdırılıb.
"Anqara" zəhərli yanacaq komponentlərindən istifadə etməyən ekoloji cəhətdən təmiz raket kimi yerləşdirilib. O, 1960-cı illərin ortalarından sovet və Rusiya kosmonavtikasında istifadə olunan "Proton-M" daşıyıcı aparatlarını əvəz etməlidir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

"Sabah" "Zirə"ni darmadağın etdi
Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil
İlham Əliyev: Cənubi Qafqaz sülh zonasına çevrilir
iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi
Qonşu ölkədə dollar kəskin bahalaşdı
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ
Neymar 6 həftə oynamayacaq
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)
"Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb - "Euronews"
Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib
Ağdamda traktor minaya düşdü