Saakaşvilinin məktubu yayıldı: Baydendən nələr istəyir?
Eks-prezident Mixail Saakaşvili ABŞ Prezidenti Co Baydenə müraciət edib.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, müraciətin mətni "Politoko" nəşrində yayımlanıb.
Məktubda Saakaşvili Gürcüstandakı siyasi vəziyyət, hakim partiyanın seçkiləri saxtalaşdırması və demokratiyanın önünü kəsməsindən bəhs edib:
"Mən Gürcüstana bir neçə illik fasilədən sonra, bu payız gəldim. Bilirdim ki, türməyə düşəcəyəm. Ümid edirəm, buradakı həyəcanlı vəziyyətə diqqət ayıracaqsınız. Burda minlərlə gürcü ötən ay keçirilən seçkilərə etiraz olaraq küçələrə çıxıb".
Saakaşvili Baydenə 2009-cu ildə Tiflisə səfərini xatırladıb və Gürcüstandakı proseslər haqda ABŞ administrasiyasını münasibət bildirməyə çağırıb:
"ABŞ Adminsitrasiyasını bizim ciddi təhlükə altında olan gənc demokratiyanı müdafiə etməyə çağırıram. Baydenin demokratiyaya verdiyi dəyəri nəzərə alaraq, ümid edirəm ki, o, əldə etmək üçün çalışdığımız azadlıqları sarsırdığı üçün Gürcüstan hakimiyyətinə çağırış edəcək".
Sabiq prezident bildirib ki, Gürcüstanda azadlıqlar erroziyaya uğrayır, məhkəmə hakimiyyəti nəzarətə alınır, klan sistemi və korrupsiya inkişaf edir. O, həmçinin gürcü hakimiyyətini NATO-ya inteqrasiyaya maneə yaratmaqda və Rusiya maraqlarını icra etməkdə ittiham edib.
Saakaşvili məktubunda ABŞ-ı gürcü hakimiyyətini demokratiyanı sarsıtdığı üçün açıq şəkildə qınamağa və Gürcüstanda insan haqlarını pozan şəxslərə sanksiya tətbiq etməyə çağırıb.
Saakaşvili bildirib ki, Tiflisin Demokratiya Sammitinə dəvət edilməsindən də imtina edilməlidir, çünki bu dəvət "yanlış siqnallara" səbəb olur.
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək