Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı

Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladıTürkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" 2025-ci il ərzində dayanıqlılıq istiqamətində əldə etdiyi nəticələri, həyata keçirdiyi layihələri və irəliləyişləri əks etdirən dördüncü Dayanıqlılıq Hesabatını açıqlayıb. Hesabatda şirkətin iqtisadi, ekoloji və sosial təsirləri kompleks şəkildə əks olunub, həmçinin 2030-cu ilədək dayanıqlılıq üzrə yol xəritəsinə yeni hədəflər əlavə edilib.
"Trendyol"un dayanıqlılıq  fəaliyyətini iqtisadi, ekoloji və sosial aspektlərdən təhlil edən hesabat şirkətin geniş ekosistemi ilə birlikdə yaratdığı dəyəri və dayanıqlı inkişafa verdiyi töhfələri əks etdirir. Şirkətin il ərzində bu sahədə əldə etdiyi irəliləyişləri ölçülə bilən göstəricilərlə təqdim edən hesabat, 2030-cu il üçün yenilənmiş hədəflərə də aydınlıq gətirir.
Qlobal Hesabatlılıq Təşəbbüsünün (Global Reporting Initiative – GRI) standartlarına uyğun hazırlanan hesabat "Trendyol"un müxtəlif biznes bölmələri və funksional istiqamətlərinin töhfəsi ilə ərsəyə gəlib. Şirkət 2025-ci ildə dayanıqlılıq prinsipini bütün təşkilatın ortaq gündəminə çevirmək üçün mühüm addımlar atıb. Bu çərçivədə 100-dən çox əməkdaşın iştirak etdiyi dayanıqlılıq üzrə işçi qrupları yaradılıb və funksiyalar üzrə idarəetmə modelinə keçidə başlanılıb. 
"Trendyol" ikili əhəmiyyətlilik yanaşması əsasında bütün maraqlı tərəflərin fikirlərini toplayıb. Bu qiymətləndirmə nəticəsində ətraf mühit və sosial sahələr üzrə 20 prioritet mövzu, eləcə də 108 təsir, risk və fürsət müəyyənləşdirilib. Şirkət həm ətraf mühitə və cəmiyyətə təsirlərini, həm də dayanıqlılıqla bağlı maliyyə risklərini və imkanlarını qiymətləndirib.
Erdem İnan:  "Dayanıqlı böyümə üçün bütün ekosistemimizlə birlikdə dəyər yaradırıq"
"Trendyol" Qrupun baş icraçı direktoru Erdem İnan şirkətin dayanıqlılıq yanaşması ilə bağlı fikirlərini bölüşüb:
"Trendyol" olaraq fəaliyyətə başladığımız gündən böyüməyə yalnız şirkətimizin genişlənməsi kimi baxmamışıq. Bizim üçün böyümə birlikdə dəyər yaratmaq, ekosistemimizdəki hər kəs üçün yeni perspektivlər açmaq bu dəyərin mümkün qədər geniş çevrəyə yayılmasını təmin etməkdir.
2025-ci ildə dayanıqlılıq məsələlərini bütün təşkilatımızın ortaq gündəminə çevirmək istiqamətində mühüm addımlar atdıq. Prioritetlərimizi yenidən nəzərdən keçirərkən ətraf mühitə və cəmiyyətə təsirlərimizi daha sistemli şəkildə idarə etməyə fokuslandıq. Bu hesabatda yalnız əldə etdiyimiz irəliləyişləri deyil, inkişaf etdirilməli sahələri də şəffaf şəkildə təqdim edirik.
Qarşıdakı dövrdə də əsas prioritetimiz böyüməmizi ətraf mühitə təsirimizi azaldan, daha çox insan üçün imkanlar yaradan və ekosistemimizin inkişafını dəstəkləyən yanaşma əsasında davam etdirməkdir. Dayanıqlılığı iş prinsiplərimizin ayrılmaz hissəsinə çevirərək uzunmüddətli və davamlı dəyər yaratmağa davam edəcəyik".
"Trendyol" 2030-cu il üçün hədəflərini yeniləyib
"Trendyol" 2025-ci ildə əldə etdiyi nəticələri və inkişaf etdirilməsi mümkün olan sahələri qiymətləndirərək dayanıqlılıq üzrə yol xəritəsini yenidən nəzərdən keçirib. Şirkət dəyişən ehtiyacları, təsir dairəsinin genişlənməsini və dayanıqlılıq prioritetlərini nəzərə alaraq 2030-cu il üçün mövcud hədəflərini yeniləyib və yol xəritəsinə yeni hədəflər əlavə edib.
Bu çərçivədə "Trendyol" 2030-cu ilədək bütün fəaliyyət məkanlarında sertifikatlaşdırılmış bərpa olunan elektrik enerjisindən istifadə etməyi, həmçinin "Trendyol Collection" məhsullarının 20 faizini sertifikatlaşdırılmış və patentləşdirilmiş dayanıqlı materiallardan istehsal etməyi hədəfləyir.
İnsan kapitalının inkişafı istiqamətində isə 2030-cu ilədək 50 min insanın rəqəmsal və iqtisadi imkanlarının genişləndirilməsinə dəstək vermək, həmçinin elektron ticarət sahəsində 5 min ixtisaslı mütəxəssis yetişdirmək əsas hədəflər sırasındadır.
"Trendyol" uzunmüddətli iqlim öhdəlikləri çərçivəsində 2040-cı ilədək öz əməliyyatları, 2050-ci ilədək isə bütün dəyər zənciri üzrə karbon neytrallığına nail olmağı hədəfləyir.
36 ölkədə fəaliyyət göstərən, 40 milyondan çox aktiv müştəriyə və 95 faizdən çoxunu kiçik və orta biznes subyektlərinin (KOB) təşkil etdiyi 250 mindən artıq biznes tərəfdaşına malik "Trendyol" böyüməsinin nəticələrini geniş iqtisadi ekosistemlə bölüşməyə davam edir. Şirkət texnologiya və elektron ticarət infrastrukturu vasitəsilə yerli istehsalçıların, KOB subyektlərinin və sahibkarların rəqəmsal iqtisadiyyata qoşulmasını asanlaşdırır, eyni zamanda biznes tərəfdaşlarının yeni bazarlara çıxmasına və beynəlxalq müştərilərə çatmasına dəstək göstərir.
Emissiyalar azalır, resurslardan səmərəli istifadə artır
"Trendyol" ətraf mühitə təsirlərini azaltmaq və təbii resurslardan səmərəli istifadəni təşviq etmək məqsədilə enerji səmərəliliyi, emissiyaların idarə olunması, resurslardan səmərəli istifadə və dövri iqtisadiyyat sahələrində fəaliyyətini davam etdirib.
2025-ci ildə bütün logistika mərkəzləri və əməliyyat obyektlərində sertifikatlaşdırılmış bərpa olunan elektrik enerjisindən istifadəyə keçən şirkət ofislər də daxil olmaqla, bütün məkanlarında il ərzində istehlak etdiyi elektrik enerjisinin 56 faizini sertifikatlaşdırılmış bərpa olunan mənbələrdən əldə edib. 
"Trendyol" elektrik enerjisinin satın alınması ilə əlaqədar hesablanan 2-ci əhatə dairəsi (Scope 2) emissiyalarını əvvəlki illə müqayisədə 58 faiz azaldıb. Şirkət enerji səmərəliliyi layihələri sayəsində 828 min 795 kVt·saat elektrik enerjisinə, 74 min 916 standart kubmetr təbii qaza və 8 min 802 kubmetr suya qənaət edib.
Logistika əməliyyatlarında tətbiq olunan optimallaşdırma tədbirləri nəticəsində 500 min kilometrdən çox məsafəyə qənaət olunub. Bu, Yer kürəsini təxminən 13 dəfə dövr etməyə bərabər məsafədir. Qablaşdırma sahəsində isə karqo paketləri təkrar emal edilə bilən materiallardan hazırlanıb. Onların istehsalında 50 faiz təkrar emal olunmuş materialdan istifadə olunub.
Ekoloji cəhətdən təmiz və dayanıqlı xammallardan hazırlanan "Trendyol Care" nişanlı məhsulların sayı isə 749 mini ötüb.
Rəqəmsal imkanlarda bərabərlik və yerli inkişaf
"Trendyol" rəqəmsallaşmanın yaratdığı imkanları daha geniş kütlələr üçün əlçatan etmək və inklüziv iqtisadi artımı dəstəkləmək məqsədilə əməkdaşlarından biznes tərəfdaşlarına, sahibkar qadınlardan yerli istehsalçılara qədər geniş ekosistemok
də bərabər imkanların gücləndirilməsinə diqqət yetirib.
"Trendyol"un 2025-ci il üzrə dayanıqlılıq göstəriciləri və qarşıdakı dövr üçün hədəfləri ilə ətraflı tanış olmaq üçün dördüncü Dayanıqlılıq Hesabatının tam mətninə bulinkvasitəsilə baxa bilərsiniz.

İqtisadiyyat       Tarix: 12 noyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs 'Trendyol'da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. Hər il ənənəvi olaraq keçirilən kampaniy

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi - FOTOLAR

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azercell-in "Oflayn Qadınlar" sosial layihəsi beynəlxalq uğurlarını davam etdirir. Zorakılıqla üzləşən və ya zorakılıq riski altında olan qadınların məlumat və yardım resurslarına çıxışını asanlaşdıran təşəbbü

İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?

Bakının Yasamal rayonunda yerləşən Park Yasamal yaşayışkompleksində hazır, tam təmirli mənzillərin satışı davam edir. Kompleksdə 2otaqlıdan 4 otaqlıya qədər müxtəlif planlaşdırmaya malik mənzil seçimləri,eləcə də şəxsi bağçal

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasına qoşulub. xəbər verir ki, 4 noyabr 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində keçirilən aksiya zamanı iştirakçıla

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır

"İrşad" 8 Noyabr – Zəfər Günü münasibətilə "Şad Günlər" kampaniyasına start verir. Yalnız 4 gün, 7–10 noyabr tarixlərində "İrşad" mağazalarında və onlayn platformalarda bütün məhsulların endiriml


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun zelzele sonxeber son xeberler bugun 2026 muharibe