Sabah 30 ukraynalı uşaq Azərbaycana gətiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən sabah müharibədən zərər çəkən 30 ukraynalı uşaq Azərbaycana gətiriləcək.
Bu barədə azxeber.com-a Agentlikdən bildirilib.
Qeyd edilib ki, ukraynalı uşaqlar düşərgələrə yerləşdiriləcəklər və Azərbaycanın müxtəlif bölgələrinə səfər edəcəklər.