"Sabah aqressiv oynayacağıq" - "Olimpiakos"un futbolçusu
"Təəssüf ki, ilk matçda məğlub olduq. Öz meydanımızda uduzmağa öyrəşməmişik. Sabah qələbə qazanmaq üçün hər şeyi edəcəyik. Oyuna yaxşı hazırlaşmışıq".
KONKRET.az xəbər verir ki, bu sözləri Yunanıstan "Olimpiakos"unun futbolçusu Usseynu Ba Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Bakıda "Qarabağ"a qarşı oyunundan əvvəl mətbuat konfransında deyib.
"İlk matçdan sonra baş məşqçi bizimlə danışdı. Sabah fərqli səviyyəli futbol göstərəcəyik, aqressiv oynayacağıq, yaxşı nəticə qazanmağa çalışacağıq" – deyə o bildirib.
U.Ba sabah fərqli atmosfer olacağını vurğulayıb: "Birinci oyunda uduzduğumuza görə məyusam. Sabah qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Qisas üçün meydana çıxacağıq. Böyük klub olduğumuzu sübut etməliyik".
İdman Tarix: 13 oktyabr 2022 f Paylaş
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]65 saniyəyə uduzan Makqreqordan çağırış
Mütləq Döyüş Çempionatının (UFC) sabiq çempionu, irlandiyalı idmançı Konor Makqreqor ABŞ-li Maks Holloueylə baş tutan qarşılaşmasının ləğv edilərək baş tutmamış hesab olunması üçün çağırış edib. xəbər verir ki, döyüşçü b
DÇ-2026: İngiltərə Argentina ilə qarşılaşacaq
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında ikinci finalçı bəlli olacaq. bildirir ki, yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə və Argentina milliləri üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxt
DÇ-də final matçı təxirə salına bilər
İspaniya və Argentina milli komandaları arasında keçiriləcək futbol üzrə dünya çempionatının final matçı Kanadadakı meşə yanğınları səbəbindən təxirə salına bilər. KONKRET. -a istinadla xəbər verir ki, qatı tüstü Kanadanı
Zidan Fransa millisinin baş məşqçisi olacaq
Didye Deşam Fransa millisinin baş məşqçisi vəzifəsindən gedir. . "Unikal"a istinadən xəbər verir ki, onun komanda ilə son oyunu 2026-cı il dünya çempionatında 3-cü və 4-cü yerlər uğrunda matç olacaq. Məlumata görə
n son xəbərlər">ən son xəbərlər