Sabah Azərbaycanın gözü Nyu-Yorka dikiləcək - ƏTRAFLI

Sabah Azərbaycanın gözü Nyu-Yorka dikiləcək - ƏTRAFLIBu dəfə Ermənistanın siyasi təxribatına uyanlar düşmən ölkənin şikayətinə baxacaq. Təbii ki, Ermənistanın şikayəti, həmişə olduğu kimi, Azərbaycandandır. Məkrli düşmən bu dəfə BMT-nin Təhlükəsizlik Şurasına üz tutub və Azərbaycanı Laçın yolunu bağlamaqda, Qarabağdakı erməniləri blokadada saxlamaqda, "etnik təmizləmə"də ittiham edir. BMT Təhlükəsizlik Şurasının daimi nümayəndələrinin iştirakı ilə aparılan müzakirələrdə çox güman ki, Ermənistanın mövqeyini bəzi dövlətlər rədd edəcək.
Mövzunu KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, TŞ-də Azərbaycanın mövqeyini çox güman ki, Böyük Britaniya müdafiə edəcək:
Sabah Azərbaycanın gözü Nyu-Yorka dikiləcək - ƏTRAFLI"Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Qarabağdakı vəziyyətə dair müzakirələr həyata keçiriləcək. Son dövrlər məsələnin aktiv şəkildə Ermənistan tərəfindən Təhlükəsizlik Şurasına çıxarılması niyyətlərini izləyirdik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın intensiv şəkildə BMT TŞ-nin daimi və qeyri-daimi üzvləri ilə telefon danışığı apardığını görürdük. Əlbəttə ki, Azərbaycanı müdafiə edən dövlətlər tapılacaq, biz buna böyük ümid edirik. Hər zaman olduğu kimi, Böyük Britaniya Azərbaycanı müdafiə edə bilər. Bu baş verərsə Bakı ilə London arasında iqdisadi-siyasi, enerji-ticari münasibətlərin növbəti təntənəsi kimi qiymətləndiriləcək.
Siyasi gedişlər bəzən proqnozlaşdırılmır, gizli planlar ortaya çıxır. Çünki ABŞ-da erməni lobbisi çox fəaldır. ABŞ-ın təsiri ilə Böyük Britaniya da mövqeyini dəyişə bilər. Qeyri-daimi üzvlər arasında bizim Qoşulmama Hərəkatından dostlarımız var. İslam Əməkdaşlıq Təşkilatının üzvləri də çox güman ki, Azərbaycanın mövqeyini müdafiə edəcək. Amma əsas məsələ regiondakı vəziyyətin real təqdimatıdır. Çünki Azərbaycan blokada həyata keçirmir.
Ermənistanın təbliğatının əksinə olaraq, bizim etnik təmizləmə və soyqırım həyata keçirmək niyyətimiz yoxdur. Açıq və şəffav şəkildə Laçın yolundan istifadənin mümkünlüyü dəfələrlə bildirilib, hətta hər iki istiqamətdə keçidlər təmin olunur. Üstəlik, Ağdam- Xankəndi marşrutu üzrə də alternativ yol təqdim olunub. Bütün bunlar onu göstərir ki, Azərbaycanın blokada etmək niyyəti yoxdur. Lakin təəssüflər olsun ki, saxta təbliğat bəzi siyasətçilərin də aldanmasına gətirib çıxarır. Ümid edirik ki, Azərbaycana qarşı hasısa qətnamə qəbul olunmayacaq. Əgər qəbul olunsa, onda rəsmi Bakı Moskva, Vaşinqton və Brüssel formatında aparılan danışıqlardan çıxmalıdır.
Düşünürəm ki, bu formatlar sülhə və təhlükəsizliyə xidmət etmədi. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdı. Münasibətlər milli maraqlarımız çərçivəsində inkişaf etdi və bu formatlar arasında rəqabət olsa da, regionun inkişafı, tərəqqisi üçün məhsuldar idi. Lakin biz maraqlarımızın çeynənildiyini, açıq şəkildə tapdalandığını görürüksə və Təhlükəsizlik Şurasında bu qüvvələr Ermənistanı müdafiə edəcəklərsə, onda onlara inam da sıfıra enəcək".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 15 avqust 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxəbər enson xeberler bugünki xəbərlər cəbhədən son xəbər