Sabah Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək
Sabah Bakının bir sıra küçələrində və Xırdalan şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə azxeber.com "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Qeyd olunub ki, 21.08.2024-cü il tarixində saat 10:00-dan etibarən Nizami rayonu, Elşən Süleymanov küçəsində 1 ədəd siyirtmənin quraşdırılması, saat 09:00-dan isə "Masazır" QPS-in yüksək təzyiqli qəbul magistral qaz xətti üzərində quraşdırılmış 2 (iki) ədəd filtr-separatorların demontaj edilərək "Xaşa-Xuna" QPS-in qəbul qaz xətti üzərində quraşdırılması məqsədi ilə qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri görülən müddətdə Nizami rayonu üzrə E.Süleymanov, C.Naxçıvanskı, B. Nuruyev küçələrinin və Babək prospektinin, Abşeron rayonu üzrə isə Xırdalan şəhərinin və AAF Park Yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Xidmetler [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat