Sabah qatarlar və avtobuslar işləməyəcək, məktəblər, xəstəxanalar BAĞLANACAQ

Sabah qatarlar və avtobuslar işləməyəcək, məktəblər, xəstəxanalar BAĞLANACAQFransada prezident Emmanuel Makronun iqtisadi siyasətinə görə baş qaldıran nifrət və üsyan dalğası sürətlə yayılır.
Publika.az xəbər verir ki, fransızlar bu gün ölkə miqyasında müddətsiz tətilə başlayır.
Ölkəni sanki iflic edəcək tətil dalğasının 1995-ci ildə 3 həftə davam edən və həyatı dayandıran tətildən daha böyük olması gözlənilir.
Varlıları daha da varlandıran və ölkədəki qazanc bölüşdürülməsinin balansını pozan Makronun iqtisadi siyasəti hazırlanan təqaüd islahatı ilə Fransa ictimaiyyətində ağır tənqidlərə məruz qalıb. Bu çərçivədə 1 il əvvəl başlayan və Fransa tarixinə damğa vuran "Sarı jiletlilər" aksiyasının səbəb olduğu böhrandan sonra çox sayda sektorun işçiləri islahata reaksiya vermək məqsədilə bu gün küçələrə çıxacaq.
Sabah qatarlar və avtobuslar işləməyəcək, məktəblər, xəstəxanalar BAĞLANACAQÖlkədə ictimai nəqliyyatdan səhiyyəyə, təhsildən sosial xidmətlərə qədər bütün sahələr iflic olacaq. Sözügedən islahat təqaüddə məmur və işçi ayrıseçkiliyi yaradır və onlara tanınan üstünlükləri ləğv edir. Təqaüd yaşını mərhələli şəkildə 62-dən 64-ə qaldırmağı ehtiva edir və bir çox sektora mənfi təsir göstərəcəyi ehtimal olunur.
Prezident Makron tətil və aksiyaların yol açacağı problemlərin həllinə diqqət ayırmaq üçün xarici səfərlərini ləğv edib.
Tətilə çıxanların siyahısı uzundur. Belə ki, paytaxt Paris və ətrafındakı ictimai nəqliyyatı nizamlayan RATP, Fransa Milli Dəmir Yolu Şirkəti (SNCF) və "Air France" Hava Yolları Şirkətinin işçiləri, polislər, həkimlər, tibb bacıları, tələbələr, poçt əməkdaşları, məmurlar, vəkillər, təsərrüfat işçiləri, təcili tibbi yardım briqadaları, taksi sürücüləri, müəllimlər, dövlət elektrik istehsalatı və paylanması şirkətinin işçiləri, ictimai nəqliyyat sürücüləri, "Renault" avtomobil şirkətinin əməkdaşları aksiyaya qatılacaq.
Təqaüd islahatına etiraz edən yüzminlərlə insan ölkə miqyasında aksiyalar təşkil edəcək. Parisdə sabah "Gare de l"Est" Qatar stansiyasında toplaşacaq tətilçilər Milli Meydana doğru hərəkət edəcək. Aksiya və tətilləri ölkənin ən böyük işçi birliyi olan Ümumi İşçilər Konfederasiyası başda olmaqla, polis birliyi və "Sarı jiletlilər"in də dəstəkləyəcəyi gözlənilir.
Sabah ölkə miqyasında məktəblərin 65%-i bağlanacaq. Parisdə 16 metro xəttindən 11-i işləməyəcək. Qatar və avtobuslarda problemlər yaşanacaq. Sürətli qatarların 90%-i işləməyəcək. Digər qatar səfərlərinin 97%-i həyata keçirilməyəcək.
Zümrüd

Dünya       Tarix: 05 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı cəbhədən görüntüleri ən son xəbərlər bugün valyuta mezennesi 2026