Sabiq baş nazir ölkəyə qayıtdıqdan sonra HƏBS EDİLDİ
15 illik sürgündən sonra ölkəyə qayıdan Tailandın keçmiş baş naziri Taksin Çinavat dərhal saxlanılaraq məhkəməyə, oradan da Banqkokdakı həbsxanaya aparılıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, o, səkkiz ilini dəmir barmaqlıqlar arxasında keçirəcək.
Qeyd edək ki, sabiq baş nazir 2008-ci ildə korrupsiyada təqsirli bilinib.
Bildirilib ki, o, yaşlı olduğuna görə həbsxananın xüsusi tibbi avadanlıqların olduğu hissəsində kameralardan birində saxlanılacaq.
Xatırladaq ki, Taksin Çinavat 2001-ci ildən Tailand hökumətinə rəhbərlik edib. 2006-cı ildə onun BMT-də görüş üçün Nyu-Yorka səfəri zamanı Tailandda hərbi çevriliş baş verib, nəticədə baş nazir vəzifəsindən uzaqlaşdırılıb. Bundan sonra sabiq baş nazir qısa müddətə ölkəyə qayıdıb, lakin 2008-ci ildə korrupsiya ittihamı ilə məhkum olunduqdan sonra ölkəni tələsik tərk edib.
Məlumata görə, keçmiş baş nazir ailəsi ilə birlikdə özəl təyyarə ilə Banqkoka uçub. O, 20 ildən çox Tailand siyasətində güclü fiqur olduğu üçün onu tərəfdarları izdihamla qarşılayıb.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ