Sabirabadda avtoqəza nəticəsində yeniyetmə öldü
Sabirabadda baş verən qəza yolun kənarında dayanan 16 yaşlı yeniyetmənin ölümünə səbəb olub.
KONKRET.az-ın məlumatına görə, hadisə Sabirabad şəhərinin Muğan prospektində qeydə alınıb. Sabirabad rayonunun Kürkənd kənd sakini, 1993-cü il təvəllüdlü Qəmbərov Yusif Əhmədağa oğlunun idarə etdiyi "Azsamand" markalı avtomobil Sabirabad sakini, 1994-cü il təvəllüdlü Həşimov Fərid Mirasim oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə toqquşub.
Qəza zamanı "Azsamand" markalı avtomobil yol kənarında dayanan rayon sakini, 2006-cı il təvəllüdlü Mehtiyev Əvəz Yaşar oğluna dəyib. Sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qəzaya səbəb avtomobillərin biri-biri ilə ötüşməsi olub. Qəza zamanı xəsarət alan "Azsamand" markalı avtomobilin sürücüsü Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır./apa

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar