Sabirabadda oğul anasını döyərək öldürdü

Sabirabadda oğul anasını döyərək öldürdüSabirabad rayonunda 85 yaşlı qadının döyülərək qətlə yetirilməsinin təfərrüatı məlum olub.
KONKRET.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə pul üstündə olub. Belə ki, Mürsəlli kənd sakini, 1972-ci il təvəllüdlü Ağamirzə Zeynalov içki düşkünü olub. O, anasının pensiya kartını özündə saxlayıb, həmin pensiyanın pulu ilə mütəmadi spirtli içki alıb, içirmiş. A.Zeynalov nadir hallarda fəhlə işləyib, pul qazanırmış.
A.Zeynalovun anası, 1940-cı il təvəllüdlü Balabikə Zeynalova iyulun 13-də səhər saatlarında oğlunun cibindən özünə məxsus pensiya kartını götürüb gizləyib. Günorta saatlarında yuxudan oyanan A.Zeynalov yenə spirtli içki almaq üçün yaxınlıqdakı mağazaya gedib və içkinin pulunu vermək istəyəndə pensiya kartının üstündə olmadığını görüb. İçkini nisyə alan A.Zeynalov evə qayıdaraq anasından pensiya kartını soruşub. B.Zeynalova kartın özünə məxsus olduğunu bildirib və bir də ona pensiyasını verməyəcəyini deyib.
Bundan sonra əsəbiləşən A.Zeynalov nisyə aldığı içkini qəbul edib, anasını döyməyə başlayıb. Qadının bədəninin müxtəlif hissələrinə yumruq və təpik zərbələri endirən A.Zeynalov B.Zeynalovanın başını bir neçə dəfə evin pilləkənlərinə vurub. Nəticədə qadın ağır kəllə-beyin travmaları ilə komatoz vəziyyətə düşüb.
Qonşuların köməyi ilə qadın xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
***
Sabirabadda oğlu 85 yaşlı anasını döyərək öldürüb.
KONKRET.az APA-ya istinadən bildirir ki, hadisə Sabirabad rayonunun Mürsəlli kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1940-cı il təvəllüdlü Zeynalova Balabikə İslam qızı ötən gün müxtəlif bədən xəsarətləri ilə Sabirabad rayon xəstəxanasına yerləşdirilib. 85 yaşlı qadın aldığı bədən xəsarətlərindən bu gün xəstəxanada ölüb.
İlkin məlumata görə, yaşlı qadın oğlu – 1972-ci il təvəllüdlü Zeynalov Ağamirzə İltimas oğlu tərəfindən döyülüb.
Həmin şəxs hazırda hüquq mühafizə orqanları tərəfindən dindirilir.
Faktla bağlı araşdırma aparılır.

Hadisə       Tarix: 14 iyul 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İki gəmiyə dron hücumu: heyətdə 8 Azərbaycan vətəndaşı var

Qara dənizdə iki gəmiyə pilotsuz uçuş aparatlarının hücumu baş verib. barədə məlumat verib, onlardan biri batıb. report-a istinadla xəbər verir ki, bu barədə Bolqarıstan Telegraf Agentliyi (BTA) məlumat yayıb. Bir gəmini

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Bakıda 20 yaşlı oğlanı bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə bu gün gecə saat 02 radələrində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov kəsici-deşici xəsarətlərlə xəstəxanay

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

33 il sonra Afrikada da keçiriləcək

Formula 1 Ruandada Afrika Qran-prisinin keçirilməsi ilə bağlı onillik müqavilə imzalayıb, ilk yarışın 2030-cu illərin əvvəllərində baş tutması nəzərdə tutulur. xəbər verir ki, bu barədə məlumatı Formula 1-in mətbuat xidmət

Bakıda oğul anasını bıçaqladı

Bakıda qadın bıçaqlanıb. KONKRET. -a istinadla xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Mehriban Adıgözəl qızı Abdullayeva bıçaq xəsarətlər

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu qun cəbhədən görüntüleri son.xabar xeber az