Şabranda avtomobillər toqquşdu - Yaralılar var
Şabran rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib
KONKRET.az-ın məlumatına görə, hadisə Şabran şəhərinin mərkəzi hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Daevoo" markalı minik avtomobili "VAZ-2107" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə nəticəsində avtomobildə olan rayonun sakinləri 1969-cu il təvəllüdlü Allahverdiyev Əfqan Mütəllim oğlu və 1979-cu il təvəllüdlü Allahverdiyeva İ.Baləhməd qızı müxtəlif dərəcəli xəsarət alıblar.
Yaralılar Şabran rayon Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Turlar.az [newsid: 0-123300]