Saç tökülməsinin səbəblərindən biri də bu imiş
Alkoqol qəbulu və saç tökülməsi arasında əlaqə aşkarlanıb.
KONKRET.az xəbər verir ki, alkoqol qəbulu saç tökülməsinə səbəb ola bilər. Bu nəticəyə Cənubi Koreyanın Pusan Universitetinin alimləri apardıqları tədqiqat əsasında gəliblər. Tədqiqatın nəticələri Oxford Academic jurnalının noyabr sayında dərc olunub. Söhbət qadınlar və kişilər arasında ən geniş yayılmış saç tökülməsi forması olan androgenetik alopesiya xəstəliyindən gedir.
Androgenetik alopesiyada saç tökülməsi alın, gicgahlar və təpə bölgələrində baş verir. Əvvəlki tədqiqatlar bu xəstəliyin əsasən genetik və hormonal amillərlə əlaqəli olduğunu göstərsə də, yeni araşdırma həyat tərzinin də bu problemin yaranmasında böyük rol oynadığını ortaya qoyub.
Tədqiqat nəticələrinə görə, mütəmadi olaraq alkoqol qəbul edən insanlar "kişiyə xas" saç tökülməsi formasından 1,4 dəfə daha çox əziyyət çəkirlər. Mütəxəssislər bunun alkoqolun metabolizmi zamanı yaranan yan məhsul – asetaldehid ilə bağlı ola biləcəyini irəli sürüblər.
Bundan əvvəl Moskva vilayətinin Səhiyyə Nazirliyinin baş psixiatr-narkoloqu Vitali Xoldin bildirib ki, alkoqol qəbulunun psixi xəstəliklərin inkişafını təhrik etdiyi müşahidə olunub. Onun sözlərinə görə, alkoqolizmə düçar olan insanlar arasında şizofreniya bir neçə dəfə daha tez-tez rast gəlinir./baku.ws
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü