Sadır Japarov: "Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib"
Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib.
KONKRET.azxəbər verir ki, bu barədə Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında bildirib.
Onun sözlərinə görə, Qırğızıstan qardaş Azərbaycan ilə sistemli və uzunmüddətli əməkdaşlıq əzmindədir və strateji sahələrdə ciddi qarşılıqlı fəaliyyətə hazırdır: "Qırğızıstan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyini həmişə dəstəkləyib. Qırğızıstanın bütün təşəbbüslərini beynəlxalq arenada dəstəklədiyinizə görə Sizə minnətdarıq. Ölkələrimiz BMT, ATƏT, ŞƏT, TDT, İƏT və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstərir".
S.Japarov əmin olduğunu bildirib ki, Azərbaycan Prezidentinin səfəri və Dövlətlərarası Şuranın iclasının keçirilməsi ikitərəfli münasibətlərə yeni təkan verəcək.
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü