Şagird qız üstündə bıçaqlanıb - TƏFƏRRÜAT - YENİLƏNİB
12:59
Qazaxda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.
Open.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər 1 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin 9-cu sinif şagirdi Məhəmməd Qasımov dərs vaxtı 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Nihat Rəşad oğlu Əliyevi bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Qazax rayonunda 16 yaşlı şagirdin bıçaqlanmasının təfərrüatı məlum olub.
Open.az xəbər verir ki, Qazax şəhər 1 saylı S.Əfəndiyev adına tam orta məktəbdən "Report"un Qərb Mərkəzinə verilən məlumata görə, hadisə təhsil ocağının qarşısında qeydə alınıb.
belə ki, həmin məktəbin 9-cu sinif şagirdi Məhəmməd Qasımov və 10-cu sinif şagirdi Nihad Əliyev arasında mübahisə yaranıb. Mübahisəyə isə M.Qasımovun N.Əliyevin sinif yoldaşı olan qızlara söz atması səbəb olub. Yuxarı sinif şagirdi isə buna narazılığını bildirib: "Bundan sonra aralarında mübahisə yaranıb və məktəbin həyətinə çıxıblar. Onlara həyətə çıxarkən məktəbin mühafizəçisinə "mağazadan nəsə alıb gəlirik" deyiblər. Ancaq məktəbin qapısının qarşısında anidən kiçik bıçaqla onun qarnına bir dəfə vurub, sonra isə qaçıb. Hazırda yaralı Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib və onun vəziyyətinin kafi olduğu bildirilir".
Məktəbdən vurğulanıb ki, hadisəni törədən şagird dəfələrlə nizam-intizama tabe olmadığından valideynlərinə xəbərdarlıq edilib və hətta bir dəfə orta məktəbdən uzaqlaşdırılıb. Lakin yaxınlarının xahişi və təhsilini yarımçıq saxlamaması üçün yenidən məktəbə qaytarılıb.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır. /open.az

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU