Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin yeni sədrini təbrik etdi
Milli Məclisin (MM) sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb.
MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi azxeber.com-a daxil olan məlumata görə, məktubda spiker Sahibə Qafarova Numan Kurtulmuşu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri vəzifəsinə seçilməsi münasibəti ilə öz adından və Milli Məclisin deputatları adından təbrik edərək, ona ən xoş arzularını çatdırıb.
Məktubda deyilir ki, "Bir millət, iki dövlət" şüarını rəhbər tutan ölkələrimiz arasındakı strateji müttəfiqlik bütün sahələrdə olduğu kimi parlamentlərarası əlaqələr sahəsində də uğurla inkişaf edir.
Milli Məclisin sədri Numan Kurtulmuşu ölkəmizə rəsmi səfərə dəvət edib.
Həmin gün Sahibə Qafarovanın Numan Kurtulmuşla telefon danışığı da olub.
Telefon danışığı zamanı Milli Məclisin spikeri, TBMM sədrini bir daha təbrik edərək, xalqlarımızın mənafeyi və rifahı naminə gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Türkiyə Böyük Millət Məclisinin sədri təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirərək, TBMM ilə Milli Məclis arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi