Sahibə Qafarova Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırımla görüşüb - FOTO

Sahibə Qafarova Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırımla görüşüb - FOTOSahibə Qafarova Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırımla görüşüb - FOTO
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin keçmiş Baş naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, millət vəkili Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Sədr qonaqları salamlayaraq, ölkəmiz üçün belə bir həssas dönəmdə Azərbaycana səfər etdikləri üçün nümayəndə heyətinin hər bir üzvünə öz dərin təşəkkürünü bildirib. Qeyd edilib ki, bir millət, iki dövlət kimi dövlətlərimiz arasındakı münasibətlərin dünyada bənzəri yoxdur. Dilimiz, dinimiz, mədəniyyətimiz, bölüşdüyümüz dəyərlər, o cümlədən uğurlarımız və kədərlərimiz də birdir.
Sədr Türkiyədə baş vermiş zəlzələ zamanı İzmirdə həlak olanların ailələrinə və yaxınlarına öz adından, parlamentin deputatları və xalqımız adından başsağlığı verib, Azərbaycan xalqının onların dərdinə şərik olduğunu söyləyib.
Görüşdə Milli Məclisin sədri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sentyabrın 27-də Ermənistanın növbəti təxribatından sonra həyata keçirilən əks-hücum əməliyyatları barədə söz açıb. Spiker qeyd edib ki, torpaqlarımızın 20 faizini 30 il işğal altında saxlayan Ermənistan münaqişə ilə bağlı BMT-nin qətnamələrini, nüfuzlu beynəlxalq qurumların qərarlarını yerinə yetirməkdən bu illər ərzində boyun qaçırıb. Problemin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyəti isə heç bir nəticə verməyib. İndi Azərbaycan öz torpaqlarını özü işğalçılardan azad edir. Biz bu məsələdə göstərdiyi siyasi və mənəvi dəstəyə görə qardaş Türkiyə hökumətinə və xalqına təşəkkür edirik.
Sədr dövlətlərarası münasibətlərdə parlamentlərin rolunu vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. O, deputatların qarşılıqlı səfərlərinin, nümayəndə heyətlərinin beynəlxalq təşkilatlarla sıx görüşlərinin ümumi məqsədlərə xidmət etdiyini söyləyib.
Sahibə Qafarova bildirib ki, təkcə siyasi deyil, iqtisadi sahədə də əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Bu günədək ölkələrimiz arasında 249 sənəd imzalanıb. Ötən il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 4,5 milyard ABŞ dolları həcmində olub. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, cari ilin səkkiz ayında bu göstərici 3 milyard dollara çatıb.
Spiker həmçinin, qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə bölgədə qlobal layihələrin həyata keçirilməsini təmin edən dövlətlərdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi enerji, Bakı-Tbilisi-Qars dəmiryolu layihələri dövlətlərimizin birgə iradəsinin məhsuludur.
Milli Məclisin sədri Binəli Yıldırımın dəfələrlə ölkəmizdə səfərdə olduğunu xatırladaraq, onun bundan sonra da ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə töhfələr verəcəyinə inamını ifadə edib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, millət vəkili Binəli Yıldırım ölkəmizə növbəti səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, Azərbaycanın öz ərazilərini azad etmək üçün erməni işğalçılarına qarşı apardığı mübarizədə xalqımıza dəstək vermək üçün ölkəmizə səfər etdiklərini qeyd edib. Qonaq vurğulayıb ki, problemlə əlaqədar BMT-nin qəbul etdiyi qətnamələr uzun illər ərzində yerinə yetirilmədiyindən bu gün müstəqil Azərbaycan "öz işini özü görür". Azərbaycanın bu haqlı mübarizəsində 83 milyonluq Türkiyə xalqı öz qardaşının yanındadır.
Binəli Yıldırım Türkiyə parlamentində təmsil olunan dörd partiyanın Azərbaycana birmənalı dəstək verdiyini, TBMM-nin sədri Mustafa Şentopun ölkəmizə və Gəncəyə səfərinin məhz Azərbaycana dəstək baxımından önəmli olduğunu vurğulayıb. O qeyd edib ki, Türkiyənin yüksək rəsmilərinin ölkəmizə səfərləri yaxın günlərdə də davam edəcək.
Binəli Yıldırım ölkələrimizin birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələri haqqında fikirlərini bölüşərək, bu iş birliyinin hər iki ölkənin beynəlxalq nüfuzuna müsbət təsir etdiyini bildirib.
Görüşdə Türkiyə ilə dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputat Məlahət İbrahimqızı, TBMM-nin Azərbaycanla dostluq qrupunun başçısı Şamil Ayrım, türkiyəli millət vəkili Cəlal Adan, Türkiyə nümayəndə heyətinin üzvü Gürşad Zorlu çıxış edərək Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bu günü və gələcək inkişaf perspektivləri barədə fikirlərini səsləndiriblər.
Sahibə Qafarova Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırımla görüşüb - FOTOSahibə Qafarova Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırımla görüşüb - FOTO

Siyasi       Tarix: 02 noyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa


yeni xeberler son xeberler azerbaycan xeberleri iqtisadiyyat xeberleri bugun cəbhədən xəbər bu gunun xeberleri xeber