Sahibkarlar bu qədər rüsum ödəyəcək

Sahibkarlar bu qədər rüsum ödəyəcəkNazirlər Kabineti "Dövlət satınalmalarının vahid internet portalından istifadə üçün ödənilən istifadə haqqının və təklifləri təqdim etmək üçün ödənilən iştirak haqqının məbləğləri, onların ödənilməsi, geri qaytarılması və ödənilmiş vəsaitlərin bölgüsü və onlardan istifadə Qaydaları"nı təsdiq edib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni Qərar imzalayıb.
Eyni zamanda Nazirlər Kabinetinin 20 dekabr 2021-ci il tarixli "Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğinin, ödənilməsi və ondan istifadə Qaydası"nın təsdiq edilməsi haqqında" Qərarı ləğv olunub.
Bu il yanvarın 1-dən qüvvəyə minmiş qərara əsasən, təchizatçı tərəfindən seçilmiş hər hansı bir satınalma üzrə portaldan birdəfəlik istifadə haqqı 25 manat, 30 günlük istifadə haqqı 120 manat, 90 günlük istifadə haqqı 300 manat, 180 günlük istifadə haqqı 550 manat, 365 günlük istifadə haqqı 950 manat olacaq.
Bundan başqa, təchizatçılar dəyəri 5 min manata qədər olan təkliflərini təqdim etmək üçün 10 manat, 5-100 min manat aralığındakı təkliflərini təqdim etmək üçün məbləğin 0,2 %-i qədər, 100-200 min manat aralığındakı təkliflərini təqdim etmək üçün 250 manat, 200-500 min manat aralığındakı təkliflərini təqdim etmək üçün 350 manat, 500 min manat – 1 milyon manat aralığındakı təklifləri təqdim etmək üçün 450 manat, 1-2 milyon manat aralığındakı təkliflərini təqdim etmək üçün 600 manat, 2-5 milyon manat aralığındakı təklifləri təqdim etmək üçün 1 000 manat, 5-10 milyon aralığındakı təkliflərini təqdim etmək üçün 1 500 manat, dəyəri 10 milyon manatdan çox olan təkliflərini təqdim etmək üçün məbləğin 0,015 %-i qədər (10 min manatdan çox olmamaq şərti ilə) qədər ödəniş etməli olacaq.

Sosial       Tarix: 11 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 muharibe axsam az xeberler butun xeberler cəbhədən görüntüleri