Sahibkarlar: "Korsikaya dair qərarları ada sakinləri özləri verməlidirlər

Sahibkarlar: "Fransa hökuməti başa düşməlidir ki, dili sıxışdırıb qırağa qoymaq olmaz".
Bu fikirləri "Report"un yerli bürosuna Korsikanın Mərkəzi bazarının kommersantı Somer Perp bildirib:
"23 ildir ki, Korsikanın cənub bölgəsində istehsal olunan yerli məhsulların satışı ilə məşğul oluram. Korsika dili uğrunda artıq neçə illərdir ki, mübarizə aparılır. Yavaş-yavaş bu mübarizə öz bəhrəsini verməkdədir. Bir gün gələcək ki, öz məqsədimizə çatacağıq".
O hesab edir ki, Korsikanın muxtariyyət əldə etməsi vacib məsələdir:
"Çünki bu, öz növbəsində bir sıra problemləri həll etmiş olacaq. Lakin təəssüf ki, muxtariyyət əldə etdikdən sonra belə dilimizin tam istifadə edilə bilinməsi üçün hələ çox illər lazım olacaq. Yenidən məktəblərdə Korsika dilini tədris etmək, yeni nəslə dilimizi öyrətmək çox vaxt aparacaq. Gərək dövlət başa düşsün ki, dili sıxışdırıb qırağa qoymaq olmaz. Regionlarda müxtəlif yerli dillər var ki, bu dillər xalqların milli sərvətidir".
Ayaççonun mərkəzində yerləşən suvenirlər mağazasının sahibi İvan Pato isə "Report"un yerli bürosuna bildirib ki, ada siyasətçiləri çox düzgün siyasət aparırlar, Korsikaya muxtariyyət verilməlidir:
"Mən gənc yaşlarımdan milli kimliyimizin qorunub yaşadılması üçün mübarizəyə qoşulmuşam. Bu gün korsikalı siyasətçilər çox düzgün siyasət aparırlar. Onlar Korsikaya muxtariyyət verilməsi tələbini irəli sürüblər. Mən onların bu tələbini alqışlayıram və bu istiqamətdə aparılan istər kollektiv tədbirləri, istərsə də şəxsi təşəbbüsləri dəstəkləyirəm. Dilimizin yaşaması, yerli mühitin qorunması, tarazlı iqtisadi inkişafımıza xidmət edən tədbirlərin hamısını dəstəkləyirəm".
İ.Pato hesab edir ki, istər vergi, istər iqtisadi, istərsə də kənd təsərrüfatı və digər sahələrdə yerli səviyyədə qərarlar qəbul edilməlidir:
"Bu məqsədlə də yerli hakimiyyət gücləndirilməlidir. Ümumiyyətlə, Korsika icması üçün yerli qanunverici orqanın səlahiyyəti artırılmalıdır".
Qeyd edək ki, Fransanın Korsika adasında Korsika dilinin istifadəsi qadağan olunub. BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varenn bu məsələ ilə bağlı bəyanatla çıxış edib:
"Korsikada yalnız fransız dilinin istifadəsinə icazə ayrı-seçkilikdir və beynəlxalq hüququn pozulmasıdır. Belə ki, ingilis dili dövlət universitetlərində istifadə olunduğu halda, Korsika dili qadağan edilib", - BMT-nin rəsmisi vurğulayıb. / azxeber.com

Siyasi       Tarix: 17 mart 2023
f Paylaş

Oxşar xəbərlər

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler az krminal bu gun xabarlar valyuta