Sahibkarlar və özünüməşğulluq proqramına qoşulmuş fermerlər KOBİA-nın onlayn maarifləndirmə tədbirindən yararlanıblar - FOTO

Sahibkarlar və özünüməşğulluq proqramına qoşulmuş fermerlər KOBİA-nın onlayn maarifləndirmə tədbirindən yararlanıblar - FOTOMikro, kiçik və orta sahibkarlıq subyektlerinin müxtəlif mövzularda məlumatlandırılması məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və müvafiq dövlət qurumlarının iştirakı ilə onlayn maarifləndirmə tədbirləri keçirilir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, KOBİA-nın təşkilatçılığı, Azərbaycan Dövlət İqtisad Universiteti, Kənd Təsərrüfatı Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin dəstəyi ilə növbəti belə onlayn maarifləndirmə tədbiri noyabrın 6-da aqrar sektorda fəaliyyət göstərən KOB-lar və özünüməşğulluq proqramına qoşulmuş fermerlər üçün təşkil edilib.
Sahibkarların və özünüməşğulluq proqramına qoşulmuş fermerlərin onlayn maarifləndirmə tədbirindən daha çox faydalanması və aqrar sahədəki son yeniliklər barədə ətraflı məlumatlandırılmaları üçün KOBİA-nın mərkəzi ofisində, eləcə də ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən "KOB Dostu" ofislərində və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) zəruri təşkilati və texniki imkanlar yaradılıb.
Onlayn tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri sahibkarları və fermerləri aqrar sahəyə göstərilən dövlət dəstəyi tədbirləri, o cümlədən kənd təsərrüfatı texnikasının və damazlıq heyvanların lizinq üsulu ilə verilməsi, mineral gübrə və pestisidlərin güzəştlə satılması, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili, güzəştli kreditlərin verilməsi, eləcə də 2020-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq olunacaq yeni subsidiya qaydaları barədə məlumatlandırıblar.
Tədbir çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən sahibkarların və özünüməşğulluq proqramına qoşulmuş fermerlərin çoxsaylı sualları cavablandırılıb.
Ümumilikdə onlayn maarifləndirmə tədbirindən 1300-dən çox sahibkar və fermer yararlanıb.
Onlayn maarifləndirmə tədbiri KOBİA-nın və Kənd Təsərrüfatı Nazirliyinin "Facebook" səhifələrindən birbaşa yayımlanıb.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 06 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib

Azərbaycan və İndoneziya arasında iqtisadi və investisiya əlaqələrinin inkişafı, institusional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran investisiya istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Azərbayca

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta az xeber son xeber 2026 valyuta mezennesi 2026