Sahibkarların nəzərinə - Bank hesablarının açılması qaydası DƏYİŞİR
Vergi Məcəlləsinə əsasən, 2023-cü il oktyabrın 1-dən vergiödəyicilərinin banklarda və bank fəaliyyətini həyata keçirən digər təşkilatlarda hesablarının açılması prosedurunda müəyyən dəyişikliklər nəzərdə tutulub.
KONKRET.az Dövlət Vergi Xidmətinə (DVX) istinadla xəbər verir ki, yenilikləri şərh edən maliyyə mütəxəssisi Vüqar Mirheydərovun sözlərinə görə, hazırda fərdi sahibkar və hüquqi şəxslər bank hesabı açmaq üçün öncə AVİS sisteminin onlayn kargüzarlıq alt-sistemi vasitəsilə "Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın alınması üçün Ərizə" formasını dolduraraq DVX-yə təqdim etməlidirlər. Ərizənin göndərilməsindən 2 gün sonra Dövlət Vergi Xidməti həmin şəhadətnamə-dublikatı ərizədə qeyd olunan bank filialına göndərir və vergiödəyicisi artıq həmin bankın filialına müraciət edərək ərizədə qeyd edilmiş hesabı aça bilər: "Yeri gəlmişkən, vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat olmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə hesabın açılmasına görə bank təşkilatı hər açılmış hesaba görə 400 manat məbləğində ciddi maliyyə sanksiyası ilə üzləşə bilər. 2023-cü il oktyabrın 1-dən isə vergiödəyicilərinin şəhadətnamə-dublikat almasına ehtiyac qalmayacaq. Vergiödəyicisi birbaşa banka gəlib hesab açmaq niyyətində olduğunu bildirəcək. Bank vergiödəyicisinin aktiv olub-olmadığını vergi orqanının bazasında yoxladıqdan sonra hesabları açıb onları bir günlük müddətə bloklaşdıracaq (məxaric əməliyyatlarının keçirilməsinə qarşı)".
V.Mirheydərov qeyd edib ki, açılmış hesab barədə məlumatlar vergi orqanına veriləcək, vergi orqanı isə bir gün ərzində həmin vergiödəyicisinin digər hesablarına qoyulmuş sərəncam olduğu təqdirdə həmin sərəncamı yeni açılmış hesaba da şamil edib o sərəncamı banka göndərəcək. Bank alınan sərəncamı açılmış hesaba tətbiq edərək hesaba qoyulmuş bloku götürəcək.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"