Sahibkarlığın İnkişafı Fondu subsidiya ödənişinin məbləğini açıqladı
Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara verilən dövlət zəmanətli kreditlər üzrə subsidiya ödənilməsi 2023-cü ildə də davam etdirilib.
KONKRET.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, dəstək proqramı çərçivəsində ötən ilin sonuna qədər iş adamlarına 52 milyon manat subsidiya ödənilib.
"Bununla yanaşı, pandemiyadan zərər çəkmiş və 10 mart 2020-ci il tarixinə kredit borcu olan sahibkarlara kreditin illik faiz dərəcəsinin 10 faiz bəndi qədər subsidiya verilməsi davam etdirilib. Ötən ilin sonuna qədər kredit qalıq məbləği 893,4 milyon manat olan 5 071 müraciət üzrə 73,3 milyon manat faiz subsidiyası ödənilib", – deyə sədr əlavə edib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR