"Sahibkarlıqda Media" Forumu keçirildi

Fevralın 21-də Nizami Kino Mərkəzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Azərbaycan Türkiyə Özbəkistan İş Adamları Birliyinin tərəfdaşlığı ilə Adalia Agency – nin təşkil etdiyi "Sahibkarlıqda Media" Forumu keçirildi. Forum Medianın sahibkarlıqda rolunun nə qədər yüksək olduğunu göstərmək, sahibkarlıq ilə media arasında dostluq körpüsünü qurmaq, eyni zamanda yerli sahibkarlar, iş adamları arasında biznes və əməkdaşlıq əlaqələrinin qurulması və ortaq layihələrin icra edilməsinə dəstək məqsədi ilə nümayiş edildi.
Forumun açılışında ilkin olaraq çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, sosial rifahın yüksəldilməsi iqtisadiyyatın digər sahələrinin, xüsusilə sahibkarlığın inkişafından keçir:
"Məlumdur ki, prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi siyasətin başlıca strategiyasında əsas məqsəd Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsidir. Sosial rifahın yüksəldilməsi iqtisadiyyatın digər sahələrinin, xüsusilə sahibkarlığın inkişafından keçir. Ölkə iqtisadiyyatında sahibkarlıq və onun subyektlərinin hüquqlarının qorunması, onların daha da geniş şəkildə iqtisadiyyatda təmsil olunması istiqamətində çox böyük işlər həyata keçirilir.
Bütün bunlarla yanaşı, media da əsas rola malikdir. Bugünkü medianın təsir dairəsi olduqca genişdir. Azad medianın inkişaf etdirilməsində dövlət dəstəyi daim hiss olunur. Hesab edirəm ki, həm sahibkarlığın, həm də medianın birgə fəaliyyəti daha da effektiv nəticə göstərir. Bütün nəaliyyətlərlə yanaşı, cəmiyyətdəki digər neqativlərin üzə çıxmasında, ictimailəşməsində medianın böyük rolu var. Həm cəmiyyət, həm də iqtisadiyyatımız üçün ən önəmli sahələrdən biridir".
Millət vəkilinin sözlərinə görə, sahibkarlıq hər hansı fəaliyyəti həyata keçirirsə, media da o işin digər tərəfini işıqlandırır:
"Bu gün təşkil olunan tədbirin mövzusu çox maraqlı olmaqla yanaşı, həm sahibkarları, həm də medianı əhatə edir. Hazırda Azərbaycanda bu istiqamətdə böyük işlər görülür. Hər bir dövlətin inkişafı bilavasitə onun iqtisadiyyatı ilə bağlıdır. İqtisadiyyatı nə qədər güclü olarsa, dövlətlər bir o qədər güclü olar.
Düşünürəm ki, bu gün dünyamızı media idarə edir. Sahibkarlıq hər hansı işi görürsə, media da onun digər tərəfini işıqlandırır. Eyni zamanda, media dövlətin həyata keçiridiyi mühüm layihələr haqqında ictimaiyyəti məlumatlandırır. O mənada bu gün keçirilən tədbiri çox uğurlu hesab edirəm.
Ümumiyyətlə, son günlər davamlı olaraq müxtəlif forumlarda iştirak edirik. Mən keçirilən forumların önəmli və vacib olduğunu düşünürəm. Belə tədbirlər iş adamlarının tanınması və gənclərimizin inkişafı baxımından xüsusi önəm daşıyır. Ən çox diqqəti cəlb edən məsələlərdən biri də bu işlərdə gənclərin fəal olmalarıdır".
"Adalia Agency"nin təşkilatçılığı ilə həyata keçirilən "Sahibkarlıqda Media" Forumunda çıxış edən layihənin rəhbəri Dilşad Əhədova isə çıxışında "Sahibkarlıqda Media" Forumunun təşkilində məqsəd sahibkarlıq və media subyektlərini bir araya gətirmək olduğunu bildirib:
"Forumun əvvəlindən sonuna kimi bizimlə olduğunuz üşün xüsusi təşəkkürümü bildirirəm. Şirkətimizin adı "Adalia". Bu, italyan dilində "uğur böcəyi" deməkdir. Biz bu "uğur böcəyinin qanadları ilə gələcəkdə bir çox uğur əldə etmək, əməkdaşlıq etdiyimiz şirkətlərlə çox uzaq ölkələrə "uçmağı" niyyət edirik.
"Sahibkarlıqda Media" Forumunun təşkilində məqsədi daha çox insana çatmaqdır. Gördüyümüz kimi, sahibkarlarla media heç bir vaxt bu qədər birgə olmamışdı. Biz onları bir araya gətirmək qərarına gələrək, onların arasındakı körpüyə az da olsa, "qığılcım" ola bildik".
Millət vəkili Müşfiq Cəfərov belə bir layihənin həyata keçirilməsinin vacibliyindən danışdı:
"Belə layihələrin həyata keçirilməsi təqdirəlayiq haldır. Təklif edərdim ki, burada üçüncü tərəf kimi tələbələrə də yer verilsin. Onların da müəyyən mənada dəstəyə ehtiyacı var".
Millət vəkili Ceyhun Məmmədov Medianın cəmiyyətdə rolundan danışdı. Belə bir vacib ünsürün insanların həyatındakı roluna da toxundu: "Medianın cəmiyyətdəki rolu danılmazdır. Təbii ki, hər sahədə olduğu kimi bu sahəyə də dəstək mütləqdir. Belə bir layihənin həyata keçirilməsi ilə alqışa layiqdir".
"Adalia" media şirkətinin hazırladığı ölkə iqtisadiyyatının təkmilləşməsi və inkişafını özündə əks etdirən qısa video çarxı nümayiş edildi.
Daha sonra spikerlər səhnədə yerlərini alaraq çıxış etdilər.
Müzakirələrdən sonra şirkətin əməkdaşları və öz sahəsində uğur qazanmış, örnək xanımlara mükafatlar təqdim edildi.
/ konkret.az

Sosial       Tarix: 23 fevral 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xəbərlər bugün ən son xəbərlər bugün xəbərlər