Şahin Bağırov kollektivə təqdim edildi
Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin olunmuş, DGK-nın sədri vəzifəsi həvalə edilmiş Şahin Bağırovu komitənin kollektivinə təqdim edib.
KONKRET.az xəbər verir ki, Samir Nuriyev Azərbaycan Prezidentinin rəhbərliyi altında dövlət idarəetməsinin bütün sahələrində köklü islahatların aparıldığını vurğulayıb. Qeyd edib ki, islahatların əsas məqsədi idarəetməni daha da təkmilləşdirmək, dövlət orqanlarının fəaliyyətində şəffaflığa nail olmaq və vətəndaş məmnunluğunu təmin etməkdən ibarətdir. Samir Nuriyev dövlətimizin başçısının gömrük orqanlarının qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı tapşırıqlarını kollektivin diqqətinə çatdırıb.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, Dövlət Gömrük Komitəsi sədrinin vəzifələrini icra edən Şahin Bağırov göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib. Şahin Bağırov gömrük xidmətində çalışan həmkarları ilə birlikdə dövlətimizin başçısının etimadını doğrultmaq üçün bütün imkanlarını səfərbər edəcəyini və gömrük orqanlarının fəaliyyətində keyfiyyət dəyişikliyinə nail olmaqdan ötrü səylə çalışacağını vurğulayıb.

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?