Şakira atasından və Pikenin xəyanətindən danışdı
Şakira atasından və Pikenin xəyanətindən danışdı
Məşhur müğənni Şakira bildirib ki, sevgilisi Jerar Pikenin xəyanətini atası reanimasiyada olarkən öyrənib.
"Atam qəza nəticəsində ağır yaralanmışdı. Hər şey eyni anda baş verdi, ailəm dağıldı. Mətbuatdan öyrəndim ki, atam reanimasiyada olarkən xəyanətə məruz qalmışam. Həyatımda ən çox sevdiyim insan olan atam ona ən çox ehtiyacım olan zaman həyatdan getmək üzrə idi.
Atamın sağalması çox çətin və ləng keçdi, amma o, öz gücü ilə məni həmişə təəccübləndirən gözəl bir insandır. O, koronavirusdan, iki bədbəxt hadisədən, pnevmoniyadan, beş əməliyyatdan sağ çıxıb.
Atam dözümlülüyün ən böyük nümunəsidir, anam həmişə onun yanındadır. Onlar mənim güclü ailə arzumun reallaşmayan təcəssümüdür. Ancaq ümid edirəm ki, onlar mənim övladlarım üçün sevgi, səbr, mütləq fədakarlıq və həyat eşqi nümunəsi olacaqlar", - müğənni "People en Español" jurnalına danışıb. / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var