Salyanda ər arvadını qətlə yetirdi - RƏSMİ
Avqustun 22-də saat 13 radələrində Salyan rayon sakini Bəsti Səfərovanın iş yerində bıçaqla vurularaq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan Open.az-a verilən xəbərə görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Aparılmış araşdırmalarla 1982-ci il təvəllüdlü Namid Əliyevin arvadı Bəsti Səfərovanın baş tibb bacısı işlədiyi Salyan rayon Mərkəzi xəstəxanasına gələrək qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun boyun nahiyyəsinə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisə yerindən qaçmış Namid Əliyev həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində müəyyən edilib, o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib