Samir Şərifov: Debitor borcların tam aradan qaldırılması qeyri-mümkündür
Debitor borc deyəndə söhbət ondan gedir ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar satınalmaları həyata keçirərək onlara göstəriləcək xidmət üzrə avans ödənişlər alırlar. Bu avans ödənişləri müqavilənin icrası zamanı geri alınır. Debitor borcların əksəriyyəti avans ödənişləri ilə bağlıdır.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bağlanan müqavilələr uzunmüddətli olduğu üçün məbləğ də böyük olur: "Müqavilələr 1-3 illik layihələrlə bağlı olduğu üçün böyük məbləğdə avans ödənilir, sonra kontrakt icra olunduqca bu, artıq balanslaşdırılır. Təxminən, biz bunu dövlət büdcəsi xərclərinin 7-8%-i səviyyəsində qiymətləndiririk. Maliyyə Nazirliyi bu istiqamətdə işlər görür. Bu problemi bilirik. Tam debitor borcların aradan qaldırılması qeyri-mümkündür. Amma bunun mərhələli şəkildə aradan qaldırılması istiqamətində addımlar atılacaq".
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, debitor borcların olmasını 2 əsas səbəb istisna etmir: "Bunlardan biri qurum tərəfdən idarəetmə qərarlarının vaxtında verilməməsidir. Son dövrlərdə vaxtında icra olunmayan müqavilələrin həcmi artıb. Bu yoxlamalar zamanı ortaya çıxır".
///APA / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR