Əli Kərimlinin feysbuk səhifəsi ABŞ və Fransadan idarə olunur - Bəs özü?
Son vaxtlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin feysbuk sosial şəbəkəsində xüsusilə aktivləşməsi diqqət çəkir.
KONKRET.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ə.Kərimlinin özünün və ətrafındakı şəxslərin hər birinin onlarla feysbuk səhifəsinə sahib olması, troll şəbəkəsi formalaşdırması barədə əvvəllər dəfələrlə məlumatlar yayılıb.
Azərbaycana, ümumilikdə isə dünyaya öz kiçik virtual pəncərəsindən baxan "bloqer" bir növ özünü bu məkanda rahat hiss edir.
Sanki feysbukda öz sadiq "elektrat"ını formalaşdırıb və tez-tez ona xitab etməklə virtual dünyasında baş girələyir.
Kiçik bir araşdırma onu göstərir ki, "bloqer" Əli Kərimlinin feysbuk səhifəsi ABŞ və Fransadan idarə olunur – göründüyü kimi, bu işə Fransada 2 nəfər, ABŞ-dən isə 1 nəfər cəlb olunub.
İkinci maraqlı məqam Ə.Kərimlinin xaricdən idarə olunan səhifəsinin aktivliyi üçün hər ay vəsait ödənilməsidir. Belə ki, hər ay Əli Kərimlinin paylaşımlarının daha çox kütləyə çatdırılması üçün pul ödənilir və 2022-2025-ci illərdə bunun üçün 7 000 AZN-ə qədər vəsait xərclənib.
Yeri gəlmişkən, Əli Kərimlinin reklama qoyduğu son material Elton Məmmədovla bağlı paylaşımdır. Bunun üçün də Əli Kərimli, daha doğrusu Qərbdən səhifəni idarə edənlər reklama 200 manata yaxın vəsait xərcləyiblər.
Göründüyü kimi, cəmiyyətdə heç bir dəstəyi olmayan Əli Kərimli ümidlərini feysbuka və burada paylaşdığı statuslara bağlayıb.
Amma onun öz statuslarına insanların marağının olmayacağını qəbul etməsi və postların daha çox insanın səhifəsində görünməsi üçün pul xərcləməsi isə aciz vəziyyətinin əyani sübutudur.
Ortaya məntiqli sual çıxır – bir partiya sədrinin şəsxi hesabı niyə xarici ölkələrdən idarə olunsun ki? Bu faktın özü bu partiya və onun rəhbərliyinin özünün xaricdən idarə olunmasını göstərmirmi? Paylaşımların reklama qoyulması üçün sərf edilən vəsaitin hansı mənbələrdən əldə edilməsi, hansı xidmətlərə görə verilməsi isə ayrıca araşdırma mövzusudur. Bu pulları da ABŞ və Fransadakı himayədarlarmı ödəyir?
Və nəhayət, özünü partiya lideri kimi təqdim edən adamın xaricdən idarə olunması və sosial media səhifəsinin maliyyələşdirilməsi müqabilində götürdüyü öhdəliklər nədir?

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib