Samir Şərifov: "Nəzərdə tutulandan az borclanmışıq
"Azərbaycan hökuməti borclanmaya nəzərdə tutulandan az gedib".
azxeber.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.
O həmçinin bildirib ki, dövlət borcunda xarici borcun payı azaldılmalı, əvəzində daxili borclanma artırılmalıdır: "Daxili borclanma yerli maliyyə bazarlarının dayanıqlılığını artırır. Buna görə də, çalışacağıq ki, xarici borclanmanı sabit saxlayaq və yaxud azaldaq, əvəzində daxili borclanmanı artıraq".
Xatırladaq ki, Hesablama Palatası "2023-cü il dövlət büdcəsi" haqqında qanun layihəsinə verdiyi rəydə bəyan edib ki, Maliyyə Nazirliyi bu ilin dövlət büdcəsində qalıq olduğu halda, daxili borclanmaya gedib.
"Büdcənin 8 aylıq icra nəticələrinə əsasən, gəlirlər 20 184,7 milyon manat və yaxud 101,8%, xərclər isə 18 151,9 milyon manat və yaxud 100,4% icra edilib, büdcə profisiti 2 032,8 milyon manat təşkil edib. Kəsirin maliyyələşdirilməsi mənbələri üzrə 8 ay ərzində 576 milyon manat, o cümlədən daxili borclanma hesabına cəlb edilmiş 380,1 milyon manat vəsait büdcə qalığına yönəldilib. Büdcə profisitlə icra edildiyi halda borclanmaya gedilib ki, ehtiyac olmadan cəlb edilmiş borc vəsaiti qalıq vəsaitə yönəldilərək istifadəsiz qalıb, nəticədə həmin vəsait əlavə faiz xərcləri yaradıb, eyni zamanda borc öhdəliklərinin yeni borclanma ilə ödənilməsi zamanı faiz dərəcələrinin artması ehtimalını şərtləndirib", - rəydə qeyd olunub.

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu