Saniyədə 1 avro qazanan Ronaldo: 1 milyonluq üzük, 8 milyonluq avtomobil - FOTO

Saniyədə 1 avro qazanan Ronaldo: 1 milyonluq üzük, 8 milyonluq avtomobil - FOTODünyanın ən məşhur futbolçularından olan Kriştiano Ronaldo hər zaman stadionda göstərdiyi performansla gündəmdə olub. Son zamanlar isə onun vurduğu qollar yox, bahalı zinət əşyaları kolleksiyaları, avtomobilləri və bir çox önəmli məqamlar müzakirə olunur.
Publika.az musavat.com-a istinadla məşhur futbolçunun yenidən gündəmə gətirilən bahalı yaşam tərzi haqqında bir neçə maraqlı faktları təqdim edir.
Saniyədə 1 avro qazanan Ronaldo: 1 milyonluq üzük, 8 milyonluq avtomobil - FOTO2018-ci ildə "Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Mançester Yunayted"lə oyun öncəsi iştirak etdiyi mətbuat konfransında bahalı aksessuarları ilə diqqət çəkmişdi. Ronaldo 424 ağ və qırmızı brilyantla bəzənmiş "Jacob& Co Caviar Tourbillon" şirkətinin hazırladığı saat taxaraq konfransa gəlmişdi.
Saniyədə 1 avro qazanan Ronaldo: 1 milyonluq üzük, 8 milyonluq avtomobil - FOTOQeyd edək ki, buna oxşar saatı məşhur Nigeriya repçisi Wizkidin sifariş verdiyi dünya mətbuatında yazılsa da Ronaldonun saatı bir qədər fərqli dizaynda və daha bahalıdır.
Bundan sonra "Yuventus"un futbolçusu Kriştiano Ronaldo Birləşmiş 2019-cu ildə Dubayda "Globe Soccer Awards" mükafatlarının təqdimetmə mərasimində növbəti bahalı saatı və bijüteriyaları ilə diqqət çəkib.
Saniyədə 1 avro qazanan Ronaldo: 1 milyonluq üzük, 8 milyonluq avtomobil - FOTOPortuqaliyalı hücumçu qiyməti ümumilikdə 737 min avro (1 milyon 400 min manat) olan üzük və bilərzik taxıb. 36 yaşlı oyunçunun saatının qiyməti isə 450 min avrodur (857 min manat).
Saniyədə 1 avro qazanan Ronaldo: 1 milyonluq üzük, 8 milyonluq avtomobil - FOTORonaldo dünyada brend marka sayılan ROLEX saatının ən bahalı modelini istifadə edən məşhurlardandır. Sözügedən bu saat 18 ayar ağ qızıl və 30 karat brilyant ilə hazırlanıb.
Saniyədə 1 avro qazanan Ronaldo: 1 milyonluq üzük, 8 milyonluq avtomobil - FOTOBundan başqa 2020-ci ildə məşhur futbolçu sevgilisi Corcina Rodrigesə gözləri qamaşdıracaq bir üzük hədiyyə edib.
"Cartier" istehsalı olan bu üzüyün qiyməti isə 615 min funt-sterlinqdir.
Saniyədə 1 avro qazanan Ronaldo: 1 milyonluq üzük, 8 milyonluq avtomobil - FOTOBu, tarixdə futbolçuların sevdiklərinə bağışladığı ən bahalı üzük sayılır.
Qeyd edək ki, məşhur futbolçunun zinət əşyaları ilə yanaşı bahalı avtomobil kolleksiyası da var. 36 yaşlı hücumçu bir neçə gün əvvəl aldığı "Bugatti Centodieci" avtomobili ilə gündəmə gəlmişdi.
O, bu avtomobil üçün 8 milyon avro xərcləyib.
Bildirilir ki, avtomobil hələ sınaq mərhələsindədir, Ronaldo ondan gələn il istifadə edəcək.
Saniyədə 1 avro qazanan Ronaldo: 1 milyonluq üzük, 8 milyonluq avtomobil - FOTOOnu da bildirək ki, bu avtomobildən dünyada cəmi 10 ədəd istehsal edilib. 1600 at gücündə olan avtomobil dünyanın ən sürətli idman avtomobillərindən biri kimi göstərilir.
Ronaldonun qarajındakı avtomobillərin ümumi dəyəri 30 milyon avrodur. Onların arasında "Ferrari F430", "Phantom Rolls-Royce", "Lamborghini Aventador", "Maserati GranCabrio", "Bentley Continental GTC" və iyul ayında 750 000 funt sterlinqə aldığı "McLaren Senna" da var.
Kriştiano Ronaldo təkcə futboldan deyil, digər sahələrdən də böyük pullar qazanır. Məşhur ulduzun bir neçə şirkəti var.
2018-ci ildə alt paltarı firmasının istehsal etdiyi yeni markaların təqdimatı üçün kamera qarşısına keçən Ronaldonun həmçinin idman ayaqqabıları, geyimləri və corablar istehsal edən firmaları, Portuqaliyada öz adını daşıyan 2 oteli fəaliyyət göstərir. Onun həmçinin dünyanın ən böyük şirkətləri ilə sponsorluq müqavilələri var. Ronaldonun sərvətinin 2 milyard dollardan artıq olduğu bildirilir.
Saniyədə 1 avro qazanan Ronaldo: 1 milyonluq üzük, 8 milyonluq avtomobil - FOTOKriştiano Ronaldo hətta sosial şəbəkələrdən də gəlir əldə edir.
36 yaşlı hücumçunun təkcə "İnstagram"da etdiyi bir paylaşımın qiyməti 1 milyon 250 min dollar dəyərindədir.
Bu platformada Ronaldonu 263 milyon nəfər izləyir.
Ronaldonun sosial şəbəkələrdə izləyənlərin ümumi sayı isə 500 milyon nəfərdir. Bu da dünya statistikasına görə əlçatmaz rekord sayılır.
Saniyədə 1 avro qazanan Ronaldo: 1 milyonluq üzük, 8 milyonluq avtomobil - FOTOSon olaraq sizə Ronaldonun futboldan qazandığı pul haqqında maraqlı bir detalı təqdim edirik. Dünya mətbuatındakı futbol analitikləri Ronaldonun maaşını bu cür sıralayır. 4 ilə 120 milyon avro, 1 ilə 30 milyon avro, 1 aya 2.5 milyon avro, 1 həftəyə 625 min avro, 1 günə 89.285 avro, 1 saata 3.720 avro, bir dəqiqəyə 62.39 avro, 1 saniyədə isə 1.03 avro qazanır.

İdman       Tarix: 21 fevral 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

"Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı

Misli Premyer Liqasında 9-cu tur davam edir. xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. "Şəfa" "Kəpəz"i, "Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək. Bu turun mərkəz

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

İki güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın iki güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb. KONKRET.azxəbər verir ki, Astanada keçirilən yarışda yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov həlledici görüşə vəsiqə əldə edib. Onla


azerbaycan xeberleri yeni xeberler son xeberler bugunun xeberleri krimnal bugun son xeberler 2026 ən son xəbərlər