Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik etdi

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik etdiŞanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
KONKRET.az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti kimi şərəfli vəzifəyə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) nümayəndə heyətinə rəhbərlik etmək şərəfinə nail olmuşam. Seçkilər zamanı nümayiş olunan mütəşəkkillik, ədalət və inklüzivlik bizim komandamızda dərin xoş təəssürat yaratmışdır.
Son iyirmi il ərzində Azərbaycanın bənzəri olmayan yüksəlişinin təmin edilməsində Sizin uzaqgörən rəhbərliyiniz mühüm rol oynamışdır. Sizin iqtisadi inkişaf, infrastruktur və sosial təminat sahələrində nailiyyətləriniz Azərbaycanı dünya arenasında yüksəltməklə yanaşı, digər ölkələr üçün ilhamverici nümunə olmuşdur. Əminəm ki, yeni prezidentliyiniz dövründə Sizin rəhbərliyinizlə Azərbaycan xalqı və dövləti daha çox uğur əldə edəcəkdir.
Azərbaycan Respublikası Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı və "ŞƏT ailəsi"nin vacib üzvüdür. Bu xüsusda, ŞƏT-in fəaliyyətində Azərbaycan Respublikasının fəal iştirakına, həmçinin Sizin təşkilatımızın fəaliyyətinə göstərdiyiniz şəxsi dəstəyə görə minnətdarlığımı ifadə edirəm.
Zati-aliləri, Sizinlə və Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa hazır olduğumuzu bəyan edirəm. Qoy, Şanxay Əməkdaşlıq Təşkilatı və Azərbaycan arasında möhkəm və sarsılmaz tərəfdaşlıq qarşılıqlı anlayışı, sülhü və rifahı təşviq edərək daha da möhkəmlənsin!
Bizim Azərbaycana səfərimiz zamanı ŞƏT nümayəndə heyətinə göstərilən diqqət və qonaqpərvərliyə görə təşəkkür edirik.
Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edirəm. Əminəm ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə yeni zirvələrə çatacaq".

Siyasi       Tarix: 11 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

Azərbaycan tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimlə ölçülmür. Bu tarixlər dövlətin keçdiyi yolun, xalqın iradəsinin və gələcəyə baxışının ifadəsinə çevrilir. 20 Sentyabr da məhz belə günlərdəndir. 2023-c

"Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər

"Azərbaycanlıların tarixi daha əsaslıdır, nəinki ermənilərin tarixi". xəbər verir ki, bunu Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Azərbaycan XİN Çilini təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilini Müstəqillik Günü münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib. "Çilini və xalqını Müstəqillik Günü münasibətilə səmim

1990-cı illərdən 2023-ə: Qarabağda suverenliyin bərpasına gedən yol – TƏHLİL

1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal olunub, yüz minlərlə Azərbaycan vətəndaş

Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq

Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, – problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, – arxada qoymuşuq. Bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzr

Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, enerji sazişi çərçivəsində Rusiya Ukrayna ordusunun zərbə endirməyəcəyi obyektlərin siyahısını "masaya qoymalıdır". xəbər verir ki, "CBS News"a müsahib

Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu

Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO

Məhv olmuş keçmiş separatçı rejimin bir sıra "nümayəndələri" bu gün İrəvandakı "Yerablur" hərbi panteonunda peyda olublar. xəbər verir ki, onların arasında separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanya


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 muharibe gunun xeberleri valyuta mezennesi bu gunun xeberleri