Sarayın çevirdiyi adamlar və SARAY ÇEVRİLİŞİ

Sarayın çevirdiyi adamlar və SARAY ÇEVRİLİŞİ1969-cu ildən 1989-cu ilə qədər Rımıniyaya rəhbərlik edən (əvvəlcə yerli kompartiyanın baş katibi, sonra ölkə prezidenti olaraq) Nikolaye Çauşeskunun devrilməsindən və güllələnməsindən təxminən 1 ay əvvəl rəhbərlik etdiyi partiyanın 14-cü qurultayı olmuşdu.
1989-cu ilin noyabr ayının 20-dən 24-nə qədər davam edən qurultay ənənəvi sovet-sosialist demaqogiyası ilə davam etmiş, xalqın rifahının yüksəlməsinə, partiyanın xalqı öz ardınca xoşbəxtliyə aparmasına dair bəlağətli məruzələr, nitqlər söylənmişdi.
Ən ümdəsi, qurultay nümayəndələri Çauşeskunu yekdilliklə yenidən Rumıniya kommunistlərinin lideri postuna seçmişdilər və bu qərar elan oluananda hamısı bir nəfər kimi ayağa qalxaraq, "Ça-u-şes-ku, Ça-u-şes-ku" deyə zalı titrədən bağırtılarla 10 dəqiqə ərzində kəsilməyən gurultulu alqışlar təşkil etmişdilər.
O təlatümlü illərdə, sosialist düşərgəsinə daxil olan ölkələrdən gələn "məxməri inqilablar"a dair xəbərlərin fonunda mərkəzi televiziyanın "Zaman" proqramında bu kadrları izləyərkən adamda belə təəssürat yaranırdı ki, Rumıniya kommunistləri ADR, Polşa, Çexoslovakiya, Macarıstan kommunistləri kimi deyillər, öz liderlərinin ətrafında sıx birləşiblər.
Ancaq bu qurultaydan cəmi 20 gün sonra Rumıniyada ara qarışdı, Çauşeskunin yenidən baş katib seçilməsinin 31-ci günündə isə onu arvadı Yelena ilə birlikdə divara söukəyib güllələdilər. 31 gün öncə "Ça-u-şes-ku" deyə bağıranların heç biri onun müdafiəsinə qalxmadı.
Bu, "ətrafda sıx birləşən" saray adamlarının etibarsızlığına dair minlərlə faktdan yalnız biridir. Min dəfə sübut olunub ki, saray adamları, elit nomenklatura yalnız "yaxşı günlərin dostudur", ayaq büdrəyəndə 99 faizi sinəsini qabağa verib müdafiəyə qalxmayacaq, yarısı xəyanət yolu tutacaq, yarısı da "başlı başını saxlasın" düşüncəsinə qapılaraq, öz dərisini-gerisini xilas etmək istəyəcək.
Dünən Qazaxıstandan gələn xəbər isə vaxtilə etimad göstərilmiş, seçilib irəli çəkilmiş "sadiq" kadrların etibarsızlığının göstəricisidir. Onlar müstəqil Qazaxıstanın 1-ci prezidenti Nursultan Nazarbayevin dövlətin təhlükəsizlik şurasının ömürlük sədri olmasıyla bağlı statusu ləğv ediblər.
Əslində bu ilin yanvarında baş verən saray çevrilişindən sonra bu, simvolik vəzifəydi, Nazarbayev ömrünün 9-cu onilliyində təzədən qayıdıb dövlət işləri ilə əlləşən deyildi. Zatən, 2 il 10 ay öncə (2019-cu ilin martında) o, Qazaxıstan prezidenti postunu öz bioloji xələfinə, qızı Dariqa Nazarbayevaya və ya onun ərinə yox, siyasi varisinə – Kasım-Jomart Tokayevə ötürəndə anlaşılmışdı ki, Elbaşı artıq yorulub, getmək istəyir, bu zaman digər asiyalı həmkarlarından fərqli yol tutur, sadəcə, özünə "ümummilli ağsaqqal" statusu götürməklə klanının gələcəyinin qayğısına qalır.
Göründüyü kimi, 29 illik hökmdarlığın, "xarizmatik liderliyin" baş postdan kənardakı ömrü heç 3 il də olmadı. İndi onun statuslarını əlindən alır, ən yaxın adamlarını vəzifədən götürürlər. Bir azdan klanı tamam dağıdacaqlar, bizneslərini çödürəcəklər, tutulanı tutulacaq, ölkədən qaçanı qaçacaq. Sui-qəsd, intihar olayları da ola bilər.
Müasir hökmdarlarda "Buendia sindromu" (Markes, "Yüz ilin tənhalığı") yaradan əsas səbəb budur. Onlar iqtidardan ona görə sonadək əl çəkə bilmirlər ki, ənənəvi siyasi rəqiblərinin qisasçılığından qorxmaları ilə yanaşı, öz siyasi xələflərinin də xəyanətindən çəkinirlər. Elə dövlətin 2-ci, 3-cü postlarına ambisiyasız kadrların seçilib təyin edilməsinin əsas səbəbi də budur.
Həmin vəzifələrdə bir az iddialı, bir az da arxa-dayaqlı və pullu adamlar təyin edilsə, çox çəkməz, böyük vəzifənin verdiyi güc-qüvvətlə, öz ətraflarında təbii şəkildə əmələ gəlmiş komandanın fitvasıyla daha böyük iddialara düşə bilərlər. Bu, öncədən proqnozlaşdırılması asan olan perspektivdir. Sarayların tarixində belə örnəklər çoxdur.
İndi belə çıxır ki, 50 ilin siyasət adamı, 38 il öncədən ölkəsində baş nazirlik və prezidentlik edən Nazarbayev Tokayevi siyasi varis seçəndə yanılıb. Yox. Tokayev elə də ambisiyalı və güclü adam deyildi, əksinə, zəif və iradəsiz təsir bağışlayırdı. Sadəcə, hazırda ona dil verən, "qorxma, qorxma" deyən xarici güclər və daxili birliklər var.
Bu hadisə postsovet məkanında və Şərqdə demokratikləşmə prosesinə, hakimiyyətin dinc yolla ötürülməsi mexanizminə böyük zərbə vurdu. Artıq heç kəs qan qohumu olmayan "yad kadr"a güvənməyəcək.
Xalid Kazımlı /konkret.az

Siyasi       Tarix: 28 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl


son xeberler azerbaycan xeberleri yeni xeberler maliyye xeberler bugun cəbhədən son məlumat cəbhədən görüntüleri ən son xeberler