Sarayın qaranlıq küçələri: Problem niyə həllini tapmır? - FOTOLAR
Abşeron rayonu, Saray qəsəbəsinin Mikayıl Müşfiq küçəsində uzun illərdən sonra quraşdırılan işıq dirəklərinin lampaları elektrik enerjisisiz qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna qəsəbə sakinləri məlumat verib.
Onlar deyib ki, uzun illərdən sonra küçədə işıq dirəkləri quraşdırılsa da, lampaları elektrik xətlərinə qoşulmayıb.
Ona görə də gecə saatlarında küçədə həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkəti təhlükəyə çevrilib.
Sakinlərin sözlərinə görə, küçə qaranlıq olduğu üçün burada mütəmadi olaraq yol-nəqliyyat və piyadavurma hadisələrinə rast gəlinir.
Ərazidə yaşayan şəxslər deyir ki, küçədə heç vaxt işıq dirəkləri olmayıb. Amma bir neçə ay əvvəl küçə boyu dirəklərin quraşdırılması işləri aparılsa da, problem hələ də qalmaqdadır. Sakinlər işıq dirəklərinə elektrik enerjisi verilməməsinin səbəbini isə bilmədiklərini söyləyiblər.
Məsələ ilə bağlı Saray Bələdiyyəsindən bildirilib ki, hazırda Mikayıl Müşfiq küçəsində təmir-abadlaşdırma işləri həyata keçirilir. Buna görə də təhlükəsizlik baxımından küçə işıqları qoşulmayıb.
Qeyd edilib ki, yaxın vaxtlarda küçə işıqlarının qoşulması nəzərdə tutulub.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu