Sarı simdə çalınan sınıq nəğmə

Sarı simdə çalınan sınıq nəğməMəmməd Araz təbirincə desək, "özünü özündə itirən dünyamızda" doğulmaq və ölüm bizim iradəmizdən asılı deyildir. Biz yalnız iki nöqtəni birləşdirən aralıqda alnımıza yazılanı yaşayırıq. Vaxt yetişəndə həyatın digər adı olan ölüm bizi əbədiyyətə - Tanrı dərgahına aparır. Ancaq doğmaların fiziki yoxluğuna alışmaq da ağrılıdır. 
Bu acı kədərdən doğan misraları tələbələrinə valideyn (!) qayğısı ilə yanaşan müəllimimiz Xatirə Hüseynovanın anasının dərin hüznlü, yaslı xəbərindən sonra qələmə alıram. Düşünürəm ki, əhatəsində olan hər kəsin dərdinə-sərinə yanan, sevincinə şadlanan, həyatını təhsilə, həqiqi ədəbi-əxlaqi dəyərlərin təbliğinə bağlayan, dünəninə sayğıyla, böyüklərinə ehtiramla yanaşan müəllimimiz üçün, bəlkə də bu sətirlər təsəlli yeri olar. 
Yaxşı bilirik ki, bizim Xatirə müəllimin həm də öz müəllimlərinə, valideynlərinə olan sevgisinin mayasında əbədi və mənəvi bağlılıq, simsarlıq dayanır. Ziyalı nəslində, müəllim ailəsində, həyatı anladan və anlayanlar əhatəsində püxtələşən Xatirə Hüseynova üçün Həqiqət xanım təkcə valideyn deyildi, həm də müəllim idi. Və həmçinin minlərlə şagirdin, tələbənin müəllimi, anası... Bu mənada kədər ağırlığı nəinki bir evə, bir elə də sığmaz olur. 
Yadımdadır ki, Xatirə müəllim anasına — Həqiqət müəllimə olan intəhasız sevgisini Cəfər Cabbarlının "Ana" şeirilə bölüşmüşdü:
Cahanda yox elə bir qüvvə baş əyim ona mən, 
Fəqət nə güclü, zəif bir vücud var, yahu, 
Ki, hazıram yıxılıb xaki-payinə hər gün, 
Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?
Həmin vaxt düşüncələrimdə belə fikir hasil olmuşdu. Və bir haşiyə çıxmışdım ki, bəs "ana" ifadəsinin ucalığını elmi mənada rəhmətlik Şirməmməd müəllimin fikirlərindən: "Üzeyir bəy Cümhuriyyətimizin 1 yaşında nə yazsa, yaxşıdır? Deyir, mayın 28-də Azərbaycan dövləti doğdu. Sözə bax e... İnsan niyə dünyaya övlad gətirir? Nəsli davam etdirsin, həm də qocalanda ona xidmət eləsin. Millət də dövləti ona görə yaradır ki, o millətin torpağını, vətənini, varlığını qorusun, ona insan kimi yaşamaq şəraitini yaratsın. Özgədən adama ata-ana olmaz", həmçinin bədii-estetik tərəfini də rəhmətlik Famil Mehdi publisistikasından anlamışdım:
Bəs səni toxuyan? -
Kimdir o ana?
Yaşadı, yaratdı şöhrətsiz, adsız.
Dünyanın böyük bir sənətkarına,
Kimi müti dedi, kimi savadsız.
Bu məqamda ifadəsi Həzrəti Peyğəmbərdən gələn hədisə nəzər salaq: "Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: "Ən çox kimə vaxt ayırmalı, kiminlə  maraqlanmalıyam?" – deyə sual verdi. Peyğəmbərimiz: "Ananla!" – buyurdu. O, "Sonra kimlə?" –  deyə soruşdu. "Ananla!" – buyurdu. O, "Sonra kim gəlir?" – deyə soruşdu. "Anan!" – buyurdu..."
Beləcə, dini, elmi, bəşəri və istənilən məqamlarda ana ucalığı, müqəddəsliyi əlçatmazdır. Ötən il Xatirə müəllim "Analar günü"ndə bu ucalığa bir bəndlik şeir ərməğan etmişdi: 
Bahar çiçəyidi arzu, diləyin. 
Кaş arzu, diləyin olaydım, Аna! 
Ürəyin qocalıb yavaş vuranda 
Mən dönüb ürəyin olaydım, Ana! 
Ana! Bu, bəşəri səslənişdir, bəşəri çağırışdır. Bizə dünya bəxş edən varlığın bizdən çox yaşamasını arzulamağımız, diləməyimiz də təsadüfü deyildir. Və təsadüfi də deyildir ki, dünyadakı bütün anaların missiyası eynidir. Həqiqi analar eyni dünyada yaşayan eyni amala xidmət edən varlıqlardır. Ə.Məmmədxanlının hekayəsində balasını yaşatmaqdan ötəri donmuş gənc qadın, həm də gecə kəşfiyyatından qayıdan üç döyüşçünün anasıdır. Andrey Platonovun əsərindəki "iki ağac budağından düzəldilmiş xaçın kənarında torpağın üstünə uzan"an və ürəyi dayanan qadın da həmçinin: — "Başqa birisinin anası olsan da, mən də sənsiz yetim qaldım" deyən qızıl əsgərin anasıdır.
Türk mifologiyasında ağaclar həm də
mifik valideynlər rolundadır. Etnoqonik miflərdə Göy Tanrıdan qopan ağac Sibir türklərinin inancında Ülgen və Humayı doğmuşdur.
Xatirə Hüseynova da evlərinin önündə kök salan iri gövdəli, şax-şəvəlli palıd ağacını, sanki mifopoetik şüura xarakterik olan "dünya ağacı", "həyat ağacı", "göy ağacı", "idrak ağacı"... kimi canlandırmışdı: "Kəndimizdə darvazanın düz qarşısında qolunu-budağını ərşə çəkən palıd. Nələrə şahid olmusan, nələrə... Dünyaya yeni gələndə ürkək qığıltılarımıza, yenicə ayaq açıb gəzməyə başlayanda kövrək addımlarımıza, universitetə qəbul olunanda kəsilən qurbanlarımıza, yayda tətilə gələn nəvələrin gecə saatlarına qədər kəsilmək bilməyən gülüşlərinə, həyətdə toy çalınanda sevincimizə, əli xonçalı, şaxlı gəlinlərin rəqsinə... Sonra... Sonra isə bir-birinin dalınca köçünü çəkən babamın, nənəmin, əmilərimin cənazə namazına... Özüm də gözləmədən mənimçün o qədər əziz, o qədər müqəddəs olmusan ki... Kölgənə çatsam, hər şey əvvəlki kimi olacaq düşünürəm. Hər şey yaddaşında ardıcıllıqla lentə alınıb sanki. Kölgən əskik olmasın!"
Səd heyif! Əvvəlcə palıdın, sonra Həqiqət ananın yoxluğuna. İndi geriyə qalan sadəcə xatirələrdir. Və həmin xatirələrdə palıd ağacı da, onun əyələri, yəni yiyələri də, dili Quran ayəli Həqiqət ana da əbədiyaşardır...
Əsgər İsmayılov / azxeber.com

Sosial       Tarix: 06 may 2025
f Paylaş

Oxşar xəbərlər

Tənzilə Rüstəmxanlı: Saxta profillərə görə məsuliyyət artırılmalıdır

Xəbər verdiyimiz kimi, 16 yaşı tamam olmamış şəxslərin sosial platformalarda fərdi rəqəmsal hesab yaratmasına icazə verilməyəcək. Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, həmçinin Hüquq siyasəti v

Neft bazarında gözlənilməz yüksəliş: Görün neçə dollara qalxdı

Əmtəə bazarlarında neftin qiyməti 97 dolları ötüb. xəbər verir ki, dünya bazarında neft qiymətləri artım nümayiş etdirib. Nyu-Yorkun NYMEX əmtəə birjasında iyul tədarüklü WTI markalı neftin qiyməti 1,30% və ya 1,22 ABŞ dollar

Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto

Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayon ərazisində faciəvi hadisə baş verib. xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin meyit

Ev heyvanı ilə yatanların nəzərinə

Pişik və ya itlə eyni yataqda yatmaq sağlamlıq və yuxu keyfiyyəti baxımından müəyyən risklər yarada bilər. -a istinadən xəbər verir ki, araşdırmalara görə, Niderlandın Utrext Universitetində aparılan tədqiqat ən böyük təhlükəni

Naxçıvandakı ağır qəzada ölənlərin sayı ikiyə çatıb

Mayın 23-də Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərdən daha biri xəstəxanada vəfat edib. "Report"a istinadən xəbər verir ki, hadisə Babək rayonunun Çeşməbasar kəndi ərazisində qeydə alınıb

Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz

Yeni həftə bir çox bürclər üçün dəyişikliklər, yeni imkanlar və mühüm qərarlarla yadda qala bilər. . xəbər verir ki, astroloqların proqnozlarına görə, bəzi bürclər iş həyatında uğur qazanacaq, digərləri isə şəxsi münasibətlərd

Bu məktəblərdə I sinfə qəbul başlayır

Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır. xəbər verir ki, 5 iyun 2026-cı il saat 11:00-dan uşaqların I sinfə elektron qəbulu prosesind

Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?

İmtahan sessiyası yaxınlaşdıqca tələbələr və abituriyentlər arasında həyəcan səviyyəsi yüksəlir. Mütəxəssislər bildirirlər ki, imtahan zamanı əldə olunan nəticə yalnız bilik səviyyəsindən deyil, həm də psixoloji hazırlıqda

Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir' - Ekspert

Azərbaycan Mərkəzi Bankının İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinin direktoru Elnur Eyvazlının sözlərinə görə, statistik göstəricilər göstərir ki, ölkədə maliyy


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber saytlari az xeber dunya xeberleri cəbhədən son məlumatlar