Sarıkök qaraciyərin yağlanmasının qarşısını alır
Araşdırmaya görə, sarıkök adi mətbəx ədviyyatından daha çox soyuqdəymə, öskürək, sinuzit, revmatik və dəri xəstəliklərində istifadə edilən mühüm əhəmiyyətli bitki hesab olunur.
KONKRET.az "Knowridge" saytına istinadla xəbər verir ki, bu ədviyyatın sadalanan faydaları sırasına qaraciyər yağlanması ilə mübarizə də əlavə olunub. Bu xəstəlik insanlarda artan piylənmə nisbətləri səbəbindən getdikcə daha çox yayılır, müalicə edilmədikdə qaraciyərin iltihabına, çapıqlara və hətta qaraciyər çatışmazlığına səbəb olur.
Sarıkök, həmçinin kurkuminlə zəngin ədviyyat növüdür. Kurkumin qaraciyər xəstəliyinə səbəb olan oksidləşdirici stres və iltihabla mübarizə apardığından antioksidant kimi tanınır. Onun bu xəstəliyə qarşı faydaları, ilk növbədə, heyvanlar üzərində aparılan araşdırmalarda təsdiqini tapıb. Belə ki, kurkumin əlavəsi qaraciyərdə yağ və iltihabın azalmasına, insulinə həssaslığın yaxşılaşmasına gətirib çıxarıb.
İnsanlar üzərində aparılan araşdırmalarda isə səkkiz həftə ərzində kurkumin əlavələri qəbul edən pasiyentlərin ultrasəs müayinəsində qaraciyər yağında əhəmiyyətli azalma və qaraciyər fermentlərində yaxşılaşma qeydə alınıb.
Bununla yanaşı, daha yüksək dozada kurkumin əlavələri yan təsirlərə səbəb ola və müəyyən dərmanlarla qarşılıqlı təsir göstərə bilər.
Alimlərin sözlərinə görə, araşdırmaların nəticələri ümidverici olsa da, insanlar üzərində aparılan tədqiqatlarının sayı hələ də məhduddur. Sarıkökün optimal dozaları, uzunmüddətli təhlükəsiz qəbulu və qaraciyərin yağlanması xəstəliyinə təsirləri barədə tam dolğun məlumat əldə etmək üçün daha çox araşdırmaya ehtiyac var.Modern.az
Kurslar.az kurslar [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var