Şarl Mişel İlham Əliyevə zəng etdi

Şarl Mişel İlham Əliyevə zəng etdiSentyabrın 20-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı regiondakı vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Şarl Mişel regionda baş vermiş hadisələrdən narahatlığını ifadə edib.
Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin dünən terror aktları törətdiklərini, nəticədə polis əməkdaşlarının və mülki şəxslərin həlak olduğunu bildirib, buna cavab olaraq Azərbaycanın lokal xarakterli antiterror tədbirləri görməli olduğunu qeyd edib.
Dövlətimizin başçısı bu gün antiterror tədbirlərinin dayandırılması ilə bağlı əldə edilmiş razılaşmaya toxunaraq, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılmasının, qanunsuz silahlı dəstələrin silahı yerə qoymasının və tərksilah edilməsinin, Yevlaxda keçiriləcək görüşün müsbət addım olduğunu bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Yevlax görüşündə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağ ermənilərinin hüquqları və öhdəlikləri ilə əlaqədar, o cümlədən onların mədəni, dini, bələdiyyə və digər hüquqları ilə bağlı məsələlər müzakirə ediləcək. Dövlətimizin başçısı bildirib ki, bunu Azərbaycan öz daxili işləri kontekstində həyata keçirir.
Azərbaycan Prezidenti regional sülh gündəliyinin dəstəklənməsinin əhəmiyyətinə toxunub, birtərəfli addımların atılmasının tamamilə əks effekt yarada biləcəyini deyib. Dövlətimizin başçısı vurğulayıb ki, əldə edilmiş nəticələr Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların da irəli aparılmasına müsbət təsir göstərəcək.
Avropa İttifaqı Şurasının Prezidenti antiterror tədbirlərinin dayandırılmasını müsbət hal kimi qiymətləndirib, atəşkəs rejiminin təmin olunacağına ümidvarlığını ifadə edib. Şarl Mişel, həmçinin Yevlaxda keçiriləcək görüşü də müsbət dəyərləndirib.

Siyasi       Tarix: 21 sentyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Əraqçi İraq prezidenti ilə görüşdü

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Bağdada rəsmi səfəri çərçivəsində İraq prezidenti Nizar Amidi ilə görüş keçirib. KONKRET.azxəbər verir ki, görüş zamanı tərəflərin İran–İraq münasibətləri, regional vəziyyə

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO

İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.  AZƏRTAC-a istinadla xəbər verir ki, iclasda Birinci vitse-prezident Mehriban Əliyeva çıxı

Prezidentdən Naxçıvanla bağlı FƏRMAN

Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət qulluğu haqqında" qanun

Türk düşmənləri Trampa qarşı birləşdi: "Ərdoğanı silahlandırma..."

ABŞ Konqresində Prezident Donald Tramp administrasiyasının Türkiyəyə qırıcı təyyarələr üçün mühərrik satışı və Ankaranın yenidən F-35 qırıcı proqramına qaytarılması ilə bağlı qərarını əngəlləməyə çalışacaqlar. xəbər veri

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək. KONKRET.azxəbər verir ki, sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndəriləcək

ABŞ-İran gərginliyi Üçüncü Dünya Müharibəsinə çevriləcək? - Elə ssenari qurulub ki

ABŞ və İran arasında son dövrlər müşahidə olunan hərbi-siyasi gərginlik yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tərəflər arasında atəşkəsin vaxtaşırı pozulması və qarşılıqlı ittihamlar "bu qarşıdurm

Paşinyandan İsrailin "erməni soyqırımı"nı tanımasına CAVAB

Ermənistan İsrailin qondarma "erməni soyqırımı"nı tanımasına cavab verməyəcək. KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. "Biz cavab verməyə ehtiyac görmürük, çünki inanırı

İran və ABŞ arasında qarşılıqlı hücumlar artır – SON VƏZİYYƏT

İran və ABŞ Körfəzdə hücumları davam etdirib. Tərəflər iki həftədən az əvvəl imzalanmış və dörd aydır davam edən müharibəyə son qoymalı olan müvəqqəti razılaşmanın pozulmasına görə bir-birini ittiham edirlər. KONKRET.azxəbə

Qoşunlar üz-üzə: vəziyyət gərginləşir – Fəlakət ssenarisi təkrarlana bilər

ABŞ və İran arasında davam edən gərginlik son hadisələr fonunda yeni mərhələyə qədəm qoyub. Tərəflər arasında açıq müharibə olmasa da, tam sülhdən də danışmaq mümkün deyil. Diplomatik bəyanatlar, qarşılıqlı təhdidlər və regiond


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler bu gun sou biznes axsam.az xeberler hava