Şatunovdan ailəsinə qalan 28 milyonluq miras... - FOTO

Şatunovdan ailəsinə qalan 28 milyonluq miras... - FOTOÖtən gün 48 yaşında ürəkçatışmazlığı səbəbindən vəfat edən Rusiyanın əfsanəvi "Laskovıy may" qrupunun üzvü, müğənni Yuri Şatunovun mirası açıqlanıb.
KONKRET.az "StarHit"ə istinadən xəbər verir ki, sənətçinin mirası iki mənzil və bir evdən ibarətdir.
Birinci daşınmaz əmlak Moskvada yerləşən bir otaqlı mənzildir. O bunu internat məktəbinin məzunu kimi alıb. Daşınmaz Əmlak üzrə Mərkəzi İnformasiya Agentliyinin (bundan sonra Agentlik -red.) məlumatına görə, paytaxtın Kantemirov küçəsində yerləşən birotaqlı mənzilin ortalama qiyməti bu gün 11 milyon rubl (350 844 AZN – red.) təşkil edir.
Şatunovdan ailəsinə qalan 28 milyonluq miras... - FOTOMirasın ikinci hissəsi Soçidəki "Razin" hotelindəki apartamentlərdir. Bu ona 2016-cı ildə keçmiş prodüseri və hotelin sahibi Andrey Razin tərəfindən hədiyyə olunmuşdu. Agentliyin məlumatına görə, Soçinin bu mikrorayonunda 60 kv.m-lik ikiotaqlı mənzilin qiyməti 15 milyon rubla (478 424 AZN-red.) yaxındır.
Şatunovdan ailəsinə qalan 28 milyonluq miras... - FOTOVə Rusiya şou-biznesinin ulduzunun ən bahalı mülkü Almaniyanın Münhen şəhərində yerləşən malikanəsidir. Daşınmaz əmlakın qiyməti 10 milyon dollar (17 000 000 AZN-red.) təşkil edir. Şatunov ailəsi ilə burada ömrünün son 20 ilini yaşayıb.
Şatunovdan ailəsinə qalan 28 milyonluq miras... - FOTODaşınmaz əmlakın Almaniyada alınması təsadüfi deyil. 90-cı illərdə artist "Laskovıy may"dan ayrılıb və mühacirət edib. O, ölkəxaricində ikinci yarı – ixtisasca hüquqşünas olan Svetlana ilə tanış olub. Xanım Şatunovun sənəti ilə tanış deyildi və şou-biznesə heç bir aidiyyəti yoxdur.
2006-cı ilin sentyabrında cütlüyün Dennis adlı birinci övladı dünyaya gəlib. Və yalnız bir ildən sonra, 2007-ci ildə onlar Frankfurt-Maynda toy ediblər. Beş ildən sonra Yuri ilə Svetlananın Estella adlı qızı doğulub.
Şatunovdan ailəsinə qalan 28 milyonluq miras... - FOTO"Komsomolskaya pravda"nın yazdığına görə, Y. Şatunovun xarici bank hesablarındakı məbləği yalnız ailəsinə məlumdur. Bildirilir ki, müğənninin gəliri yaxşı idi. Həmkarlarının fikrincə, ulduzdan miras qalan pul onun övladlarının təhsilinə və ailəsinin bir neçə il yaxşı şəraitdə yaşamasına bəs edəcək. Yəni Şatunovun kapitalı 6 milyon avrodan çox (10 730 502 AZN-red.) məbləğdə qiymətləndirilə bilər. Varislərə, həmçinin şəxsən Şatunovun yazdığı mahnıların oxunmasından əldə olunan gəlirdən də pay düşəcək. Bu yaxınlarda Şatunov məhkəmə yolu ilə "Laskovıy may"ın mahnılarını ifa etmək hüququnu almışdı. Lakin varislər həmin məşhur mahnılardan gəlir əldə edə bilməyəcək. Belə ki, onların müəllifi Sergey Kuznetsovdur.
Şatunovdan ailəsinə qalan 28 milyonluq miras... - FOTO48 yaşlı Şatunov təqaüd də alırdı. Təqaüdün məbləği 20 min rubldan bir az çox idi. O, mərhum sənətkar İosif Kobzonun sayəsində gənc təqaüdçü olmuşdu. Belə ki, Kobzon "Laskovıy may"ın ulduzları Y. Şatunov və Sergey Serkovu 14 yaşında işə götürmüşdü. İfaçılar "Moskonsert"in artistləri kimi çalışırdı, 25 ildən sonra isə təqaüdə çıxmışdılar. Əgər İ. Kobzon olmasaydı, artistləri təhsilsiz heç kim heç yerə qəbul etməzdi.
Y. Şatunovun bütün mirasını birinci dərəcəli varisləri alacaq: dul həyat yoldaşı, oğlu və qızı.
Şatunovdan ailəsinə qalan 28 milyonluq miras... - FOTOQeyd edək ki, mərhum sənətçi ilə vida mərasimi 26 iyun saat 10:00-dan 15:00-dək keçiriləcək. Şatunov Moskvadakı Troyekurov qəbiristanlığında dəfn olunacaq.
Bildirilir ki, müğənni bu günlərdə Almaniyaya həyat yoldaşı və uşaqlarının yanına getməli imiş, amma indi onlar Moskvaya gəlməli olacaqlar.
Şatunovdan ailəsinə qalan 28 milyonluq miras... - FOTOŞatunovdan ailəsinə qalan 28 milyonluq miras... - FOTOŞatunovdan ailəsinə qalan 28 milyonluq miras... - FOTOŞatunovdan ailəsinə qalan 28 milyonluq miras... - FOTO

Hadisə       Tarix: 24 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT

Yaponiyalı milyarder Kencin Oşimanın oğlu Yeşihito Oşimanın Laosda müəmmalı şəraitdə öldüyü bildirilir. Hadisənin mümkün qətllə əlaqəli olduğu iddia edilsə də, ölümün səbəbi və insidentin təfərrüatları hələ rəsmi şəkild


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2026 cəbhədən ən son xəbər xeber son xeberler bugun 2026 muharibe