Saxlanılan 'tiktoker'lərə sponsorluq edənlər də cinayət məsuliyyəti daşıyır?
"TikTok"da müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Lakin məsələnin digər tərəfi maliyyə axını ilə bağlıdır. Belə ki, həmin verilişlərə bir çox şirkətlər sponsorluq edir, verilişin ərsəyə gəlməsinə maddi dəstək olurlar.
Məsələyə hüquqi aspektdən yanaşsaq, həmin şirkətlər də məsuliyyət daşıyırmı?
Mövzunu Oxu.az-a şərh edən hüquqşünas Emil Aslanov bildirib ki, əgər hər hansı bir cinayətin törədilməsinə kömək edilirsə, burada da təbii ki, kömək edən şəxslərin də əməlində cinayət tərkibi yaranır:
"Bu da Cinayət Məcəlləsinin 32.5-ci maddəsində əksini tapır. Maddədə qeyd edilir ki, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır və cinayət törətmiş şəxslə eyni qaydada məsuliyyətə cəlb edilir". / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır