Səbinə Əliyeva beynəlxalq təşkilatlar qarşısında hərbi əsirlərlə bağlı məsələ qaldırıb
Səbinə Əliyeva beynəlxalq təşkilatlar qarşısında hərbi əsirlərlə bağlı məsələ qaldırıb
Ombudsman Səbinə Əliyeva beynəlxalq təşkilatlar qarşısında hərbi əsirlərlə bağlı məsələ qaldırıb.
Bu barədə Ombudsman Aparatı məlumat yayıb.
27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə hərbi təcavüzü nəticəsində mülki əhali arasında çoxsaylı insan tələfatı baş verib, təhsil və səhiyyə müəssisələri, sosial, mədəni, tarixi, dini obyektlər ağır artilleriya qurğularından və qadağan olunmuş silahlardan istifadə edilməklə dağıdılıb, sülh və insanlıq əleyhinə müharibə cinayətlərinin qurbanı olub.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən BMT, Avropa Şurası, Beynəlxalq Qızıl Xaç Komitəsi və səlahiyyətli digər beynəlxalq və regional təşkilatlara müraciət ünvanlanıb.
Fərdi şəkildə ünvanlanmış müraciətlərdə bildirilib ki, Ermənistan silahlı qüvvələri yalnız mülki şəxslərə deyil, digər kombatant olmayanlara, sıradan çıxmış hərbi qulluqçulara, hərbi əsirlərə münasibətdə beynəlxalq humanitar hüquq normalarını, o cümlədən, Cenevrə Konvensiyalarının tələblərini ciddi şəkildə pozmaqla müharibə cinayətlərini davam etdirib.
Hərbi əsirlərə, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə münasibətdə törətdilmiş barbarlıq aktları faktlar əsasında diqqətə çatdırılıb.
Ombudsman Səbinə Əliyevanın müraciətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş müharibə cinayətləri üzrə faktların xüsusi prosedurlar əsasında araşdırılması, beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlərin görülməsi tələb olunub. /oxu.az
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."