Səbinə Əliyeva təhqir olunduğunu deyən qaradərili futbolçu ilə görüşdü
İrqçiliyə məruz qalması iddiası ilə FİFA və UEFA-ya şikayət edən Birinci liqada mübarizə aparan "Difai" klubunun kamerunlu hücumçusu Kristian Kamta İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatına dəvət olunub.
Bu barədə aparatın mətbuat xidmətinin rəhbəri Araz Əsgərli məlumat verib.
O bildirib ki, futbolçunun problemləri dinlənilib və araşdırmalara başlanılıb: "Futbolçunun müraciəti qeydə alınıb. Aidiyyəti tərəflərə də bununla bağlı tapşırıq verilib, rəsmi sorğular göndərilib. Futbolçuya da bundan sonra nə dəstək lazımdırsa, göstərilib və göstəriləcək".
Kristian Kamta özü də bu barədə açıqlama verib: "Onlar məndən izahat aldılar. Əminəm ki, bu problem qısa müddət ərzində öz müsbət həllini tapacaq".
Qeyd edək ki, "Difai"nin kamerunlu hücumçusu Kristian Kamta UEFA və FİFA-ya şikayət məktubu göndərib.O, çıxış etdiyi I Liqada irqçiliyə məruz qaldığını bildirib. Futbolçu hakimlərin ayrıseçkilik hallarına yol verməsindən şikayətlənib.
/ azxeber.com
f Paylaş
Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA