Səbinə Əliyevadan Ermənistan Ombudsmanının Azərbaycan ərazilərinə qanunsuz səfərinə REAKSİYA
Ermənistanın kütləvi informasiya vasitələrində bu ölkənin yeni seçilmiş Ombudsmanı Kristina Qriqoryanın bu günlərdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə qanunsuz səfər etməsi barədə məlumat verilib.
azxeber.com APA-ya istinadən xəbər verir ki, Ermənistan Ombudsmanının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə qanunsuz səfəri bir daha Ermənistan rəsmilərinin davamlı olaraq beynəlxalq hüquq normalarına hörmət etmədiklərini, regionda sülhə təhdid olan, yeni münaqişə ocaqları yaradan, milli ədavəti qızışdıran hərəkətlərə yol verdiyini göstərir.
"Bu qanunsuz səfər Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozmaqla yanaşı, qəsdən regionda vəziyyəti gərginləşdirir və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salır.
Ermənistan Ombudsmanına məsləhət görürük ki, regionda sülhə təhdid olan bu kimi qanunsuz hərəkətlərə yol verərək öz mandatına uyğun olmayan siyasi sifarişləri yerinə yetirməkdənsə, Ermənistanda yaşayan insanların kobud şəkildə pozulan hüquqlarının müdafiəsi ilə məşğul olsun", - Səbinə Əliyeva qeyd edib.
Turlar.az [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR