Səbuhi Xanlarov buna görə həbs edilib - TƏFƏRRÜAT
Bloger Səbuhi Xanlarov "Daqqılı" ləqəbli sosial şəbəkə fəalı Ziliş Cəfərovun şərəf və ləyaqətinin alçaldılmasına görə həbs edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1980-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, subay, ali təhsilli Səbuhi Xanlarov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunaraq, fevral ayının 27-də 23:30 radələrində saxlanılaraq məhkəmənin qərarı ilə həbs olunub.
Məhkəmə iclasında Səbuhi Xanlarov özünü İXM-in 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərib ki, Ziliş Cəfərovla zarafatlaşarkən digər dostu video çəkib və sonradan bu görüntülər onların məlumatı olmadan sosial şəbəkədə paylaşılıb. Onun Zilişin şərəf və ləyaqətini alçaltmaq kimi bir məqsədi olmayıb və barəsində daha yüngül tənbeh tədbiri görülməsini xahiş edib.
Məhkəmənin qərarı ilə, Səbuhi Xanlarov İXM-in 510 -cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib. Həbsetmənin əvvəli 27 fevral 2022-ci il saat 23:30-dan hesablanıb. Həbsetmə ilə bağlı qərarın icrası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilib.
Qeyd edək ki, 20.02.2023-cü ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə "Daqqılı" ləqəbli sosial şəbəkə fəalı Ziliş Cəfərova 15 sutka inzibati həbs cəzası verilib. / azxeber.com

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu