Sədərək Yusif' in oğlunun evi qarət edildi - 803 min manatlıq pul və qızıl

Sədərək Yusif' in oğlunun evi qarət edildi - 803 min manatlıq pul və qızılBakı Ağır Cinayətlər Məhkəməsində "Sədərək" ticarət mərkəzinin sahibi Yusif Qədimovun oğlu Orxan Qədimbəylinin evindən oğurluq etməkdə təqsirləndirilən Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
azxeber.com Trend-ə istinadən xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə təqsirləndirilən şəxsin vəkili Günay İsmayılova vəsatət qaldıraraq müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
Vəsatət təmin olunmayıb.
Məhkəmə baxışı dekabrın 20-nə təyin olunub.
İttihama görə, Ruzan Cabbarova Orxan Qədimbəlinin Səbail rayonu ərazisində yerləşən evində xadimə işlədiyi müddətdə mənzildən qızıl-zinət əşyalarını və nağd pul vəsaitlərini oğurlayıb. Nəticədə Orxan Qədimbəyli və Fəridə Qədimovaya ümumilikdə 803 min 118 manat ziyan dəyib.
Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində ehtiyacı olduğu üçün oğurluq etdiyini deyib. O, oğurladığı pul və qızıl-zinət əşyalarının miqdarının 803 min 118 min manat deyil 217 min manat olduğunu bildirib. Həmin əşyaları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb. İşin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib. Oğurluq əşyalar polis tərəfindən tapılaraq sahiblərinə qaytarılıb.
İstintaq orqanı tərəfindən Ruzan Cabbarova Cinayət Məcəlləsinin 177.4 (xüsusi ilə külli miqdarda oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.
İş üzrə zərərçəkmiş qismində Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimova tanınıb.

Sosial       Tarix: 06 dekabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler cəbhədən şad xəbər valyuta mezennesi 2026 sosial yardim